“Hörmüz boğazı tam blokadaya alına bilər” - İrandan ABŞ-yə hədə

hormuz-bogazi-tam-blokadaya-alina-biler
“Vaşinqtonun Tehrana iqtisadi təzyiq göstərməsi İran hərbçiləri tərəfindən Hörmüz boğazı zonasının tam blokadaya alınması ilə nəticələnə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai “X” sosial şəbəkəsində paylaşım edib.
“Son günlərdə Vaşinqton İranın yeni raketləri barədə aydın xəbərdarlıq alıb. İqtisadi müharibə Fars körfəzindən blokada perimetrinə qədər olan dəniz təcrid zonası ilə qarşılanacaq. ABŞ hərbi gəmilərinə və bazalarına münasibətdə əməliyyat strategiyası köklü şəkildə yenidən nəzərdən keçirilib”, – deyə Rezai qeyd edib.