Valensiyada dünyanın ilk dördgünlük iş həftəsi təcrübəsi keçirilir
11-apr, 07:59 131 DünyaValensiya hakimiyyəti bazar ertəsi dördgünlük iş həftəsi tətbiq etmək üçün sınaqlara başlayıb.
Bu barədə şəhər meriyasından məlumat verilib.
“Valensiya dünyada bir ay davam edən 32 saatlıq iş həftəsi layihəsini sınaqdan keçirən ilk şəhər olacaq”, - press-relizdə deyilir.
Təcrübə mayın 7-dək davam edəcək. Şəhərdə bazar ertəsi günləri artıq rəsmən istirahət günləri elan edilib.
Pilot layihə daha qısa iş həftəsinin yerli sakinlərin sağlamlığı və rifahı, ətraf mühit və iqtisadiyyat kimi sahələrə, xüsusən də ticarət, qonaqpərvərlik və istirahət sahələrinə necə təsir etdiyini təhlil edəcək. Nəticələrin iyulda təqdim olunması gözlənilir.
Mənbə: Oxu.Az