“Zərurət yaranarsa, ABŞ ordusu oraya qayıdacaq”

zeruret-yaranarsa-abs-ordusu-oraya-qayidacaq
Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, ABŞ qoşunlarının ölkədən çıxarılmasına baxmayaraq, zərurət yaranarsa, ABŞ ordusu İraqa qayıtmağa hazır olacaq. 
“Qafqazinfo” xəbər verir ki, onun çıxışını C-SPAN yayıb.
Tramp vurğulayıb ki, ehtiyac yaranacağı təqdirdə ABŞ Bağdada yardım göstərməyə hazır olacaq.
Qeyd edək ki, sentyabrın 30-da İraqın Baş naziri Əli əl-Zəidi ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ölkədəki missiyasının başa çatdığını elan edib.