Yenilənmiş “Medistyle Hospital” etibarlı və güvənli səhiyyə müəssisəsidir

Hal-hazırda ölkəmizin ərazisində fəaliyyət göstərəözəl səhiyyə müəssisələri içərisində “Medistyle Hospitalın xüsusi rolu var desək, heç də yanılmarıq. Çünki, 2012-ci ildən Bakışəhəri,Əhməd Rəcəbli18Aünvanında fəaliyyət göstərən,ümumi sahəsi 4500 kvadratmetr olan, 6 mərtəbəli binanıəhatə edən bu hospitalda çalışan peşəkar həkimlər, indiyə kimi neçə-neçə xəstələri həyata qaytarmış və onlara bir daha yaşamaq imkanı vermişlər. Bu hospital ambulator xidmətləri əhatə edən poliklinikadan, eyni zamanda 4 əməliyyat otağından ibarəəməliyyat bloku olan 20 yataqlı cərrahi stasionar, həmçinin 5 yataqlı intensiv terapiya bölməsi və 16 yataqlı terapevtik stasionar şöbədən ibarətdir.Qeyd edək ki, “Medistyle Hospital”dakı  palataların hər biri lazım olan tibbi avadanlıqlarla ən yüksək səviyyədə təchiz olunmuşdur ki, bu da peşəkar həkimlərin, qayğıkeş kollektiv üzvlərinin xəstələrə yüksək səviyyəli tibbi xidmət göstərmələrinə hər cür imkan verir.Faktdır ki, bu hospitalıəsas missiyası tibbin ən son nailiyyətlərindən, texnika və texnologiyalarından istifadə etməkləölkə əhalisinə yüksək səviyyəli tibbi xidmət göstərməkdən ibarətdir. Bundan əlavə, “Medistyle Hospital” tibbi yenilikləri daim izləyən və tətbiq edən, həmçinin son nəsil texnoloji təchizatlı bölmələri ilə güvənli və yüksək standartlı xidmət göstərəçağdaş bir sağlamlıq mərkəzidir. Hal-hazırda bu özəl səhiyyə müəssisəsində direktor vəzifəsini invaziv, kardioloq Samir Abbasov daşıyır. Bir xatırlamanı yada salaq ki, bu şəxs əvvəllər hərbi hospitalda çalışmış, 44 günlük Vətən müharibəsi vaxtlarında isə neçə-neçə əsgər və zabitlərimizin həyata qaytarılmasında, onlara ən yüksək səviyyəti tibbi xidmətlərin göstərilməsində əvəzsiz rol oynamışdır. Bir sözlə, kardioloq Samir Abbasovun bu günə qədər olan fəaliyyəti daim hər kəs tərəfindən dəyərləndirilmiş və lazım olduğu qiymətini də almışdır. Unutmaq olmaz ki, bu şəxs direktor vəzifəsini daşımağa başladıqdan az sonra, Medistyle Hospital”da lazımi təmir-bərpa işləri həyata keçirilir, müasir dövrün tələblərinə uyğun bir çox tibbi avadanlıqlar alınır, kollektivdə çalışan həkimlərdən bir çoxunun xarici ölkələrdə tədris olunan kurslarda iştirak etmələrinə imkan yaradılır və s. kimi addımlar atılır. Bu yöndə atılan addımlar onu sübut edir ki, kardioloq Samir Abbasovüzərinə düşən vəzifəsinin məsuliyyətini dərindən dərk edən rəhbər şəxsdir. Bütün bunların kökündə isə, bu şəxsin Almaniyada tibbi təhsil alması və həkim-kardioloq olaraq, məhz bu ixtisas üzrə formalaşması olur.

    Bütün bunlardan əlavə, Medistyle Hospitalın direktoru 23-25 avqust 2023-cü il tarixdə Amsterdam şəhərində keçirilən beynəlxalq səviyyəli tədbirdə iştirak edir və o, həmin tədbirdə ölkəmizi layiqincə də təmsil edir. Bəli, bütün bunlar onu göstərir ki, hal-hazırda bu şəxs həm ölkəmizin səhiyyə sahəsinin inkişaf etdirilməsində, həm də Azərbaycan adının dünyada daha yaxından tanıdılmasında çox böyük zəhməti olan kardioloq həkimlərimizdəndir. 

 Onu da bildirək ki, kardioloq Samir Abbasovun rəhbərliyi altında Medistyle Hospital”da çalışan həkimləöz peşəkarlıqları ilə, bu gün də bu səhiyyə müəssisəsinin adını dillər əzbəri etməkdədirlər. Söz yox ki, bu hospitalın daha çox məşhur olmasına səbəb olan əsas amillərdən biri də, həyata keçirilən idarəetmənin düzgün təşkili, kollektiv üzvləri arasında yaradılmış sağlam mühitin varlığı, peşəkar həkimlərin, digər peşə sahiblərinin, bir sözlə  qayğıkeş kollektiv üzvlərinin “Medistyle Hospital”da çalışmalarıdır. İnanırıq ki, bu günə kimi uğurlu addımları ilə Azərbaycan səhiyyəsinin inkişafına dəyərli töhfələrini bəxş edən, neçə-neçə ailələri sevindirən, özəl səhiyyə müəssisələri içərisində xüsusi rola malik olması ilə ad-san çıxaran bu hospitalın uğurları, məhz bundan sonra da daha çox olacaq. Bir sözlə, bu səhiyyə müəssisəsinə üz tutan xəstələrin öz sağlamlıqlarını bərpa etmələri onu söyləməyə əsas verir ki, həqiqətən də Medistyle Hospital ən etibarlı, ən güvənlisəhiyyə müəssisələrindəndir.


Vüqar FİRQƏTOĞLU