Türkiyə Əfqanıstanda təhsil müəssisələri tikir

Türkiyə Əfqanıstanın bütün əyalətlərində məktəb tikmək niyyətindədir.
Bu sözləri Türkiyənin Əfqanıstandakı səfiri Cihad Erginay “Taliban” hökumətinin təhsil naziri Həbibullah Ağa ilə görüşündə deyib.
Türkiyəli diplomat bildirib ki, artıq Yaxın vaxtlarda Xost və Helmand əyalətlərində belə məktəblərin inşasına başlanılacaq.
Cihad Erginay əlavə edib ki, artıq Türkiyə Əfqanıstanın 8 əyalətində 45 məktəb tikib və təhsil müəssislərinin inşasını davam etdirmək niyyətindədir.
Mənbə: Oxu.Az