Qayınanasının gəlişini öyrənən kürəkən gölməçədə boğuldu
17-apr, 08:28 125 DünyaMoskvada qayınanasının gəlişi ilə bağlı həyat yoldaşı ilə mübahisə edən kişi gölməçədə boğulub.
Aprelin 15-də arvadı kişinin itkin düşməsi səbəbindən polisə müraciət edib. Qadın bildirib ki, bir gün əvvəl əri ilə aralarında münaqişə yaranıb. Qayınanasının Pasxa bayramında qızının evinə gələcəyini eşidən kürəkən qalmaqal yaradıb və evi tərk edib.
Qadını əri ilə əlaqə saxlaya bilməməsi narahat edib. Belə ki, əvvəllər mübahisələrdən sonra belə kişi həmişə onun zənglərinə cavab verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları moskvalının boş vaxtlarını keçirməyi xoşladığı Borisov gölməçələrinə gediblər. Məlum olub ki, həmin şəxs itkin düşdüyü axşam Tsaritsıno Muzey-Qoruğuna gedib. Hüquq-mühafizə orqanlarının əməkdaşları orada onun pencəyini tapıblar. Tezliklə dalğıclar yerli gölməçələrdən birinin dibində 43 yaşlı moskvalının cəsədini aşkar ediblər.
Mənbə: Oxu.Az