İndoneziyanda vulkan iki kilometr yüksəkliyə püskürdü
20-apr, 08:42 239 Dünya
İndoneziyada Semeru vulkanı 16 dəfə püskürüb.Nəticədə onun külü iki kilometr hündürlüyə çatıb.
“Püskürmələr arasında təxminən bir saat fərq olub. Onların hər biri orta hesabla 100 saniyə davam edib”, - məlumatda deyilir.
Bildirilir ki, vulkana üçüncü təhlükə səviyyəsi verilib. Yerli hakimiyyət sakinlərdən kraterə yaxınlaşmamağı xahiş edib.
Mənbə: Oxu.Az





