Berlin hava limanında uçuşlar ləğv edildi

Almaniyanın Berlin-Brandenburq hava limanında təhlükəsizlik işçiləri tətilə başlayıblar.
Aksiya “Verdi” xidmət sektoru işçilərinin həmkarlar ittifaqının çağırışı ilə bazar ertəsi gecə saatlarında başlayıb.
Etirazçılar Almaniya hava limanlarının yüzlərlə işçisinin daha yaxşı iş şəraiti və yüksək maaşla təmin olunmasını tələb edirlər.
Hava limanında bütün gün ərzində uçuşların həyata keçirilməyəcəyi gözlənilir. Hava limanına gələn uçuşlar ləğv ediləcək və ya digər hava limanlarına yönləndiriləcək.
Mənbə: Oxu.Az