Türkiyə, Rusiya, Suriya və İranın müdafiə və kəşfiyyat rəhbərləri Moskvada görüşəcəklər
24-apr, 12:41 129 Dünya“Türkiyə, Rusiya, Suriya və İran arasında dördtərəfli görüşün sabah Moskvada keçirilməsi planlaşdırılır”.
Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar açıqlamasında deyib.
Hulusi Akar dekabrın 28-də Moskvada Türkiyə, Rusiya və Suriya müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşü xatırladıb. O bildirib ki, sabahkı görüşdə daha əvvəl aparılan qarşılıqlı fikir mübadiləsinin davam etdirilməsi üzrə razılıq əldə edilib.
“Daha sonra aparılan işlər zamanı İranın da bu görüşlərə qatılması ilə bağlı fikir mübadiləsi aparılıb. Bu, müvafiq orqanlar tərəfindən məqsədəuyğun hesab olunub. Görüşün davamı olaraq bu dəfə dörd ölkənin müdafiə nazirləri və kəşfiyyat rəislərinin iştirak edəcəyi görüşə hazırlaşırıq. Bu görüşün isə aprel ayının 25-də Moskvada keçirilməsi planlaşdırılır. Məqsədimiz buradakı problemləri danışıqlar yolu ilə həll etmək və ən qısa zamanda bölgədə sülh və əmin-amanlığın bərqərar olmasını təmin etməkdir”, - deyə Hulusi Akar qeyd edib.
Akar vurğulayıb ki, münasibətlər qarşılıqlı hörmət çərçivəsində davam etdirilir.
“Görüşdən sonra bəzi müsbət irəliləyişlərin olmasını gözləyirik. Biz Türkiyə olaraq bölgədə sülhə töhfə vermək üçün əlimizdən gələni edirik”, - deyə nazir bildirib.
Mənbə: Oxu.Az