ABŞ Nümayəndələr Palatasının komitəsi Xamneyi və Rəisiyə qarşı sanskiyaları dəstəklədi
27-apr, 08:42 125 DünyaABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi çərşənbə günü İranın ali lideri Əli Xamneyi və prezident İbrahim Rəisi, eləcə də nazirlər və digər hökumət rəsmilərinə qarşı insan haqlarını pozmaq və terrorizmi dəstəkləmək ittihamı ilə sanksiyalara dair qanun layihəsini dəstəkləyib.
Bundan sonra sənəd Nümayəndələr Palatasının tam iclasında səsə qoyulmalıdır.
Konqresmenlərin fikrincə, sanksiyalar tətbiq edilməli olan şəxslərin siyahısına İranın ali lideri, eləcə də onun ofisinin əməkdaşları daxildir. Bundan əlavə, İran prezidentinə və onun ofisində olan hər hansı məmura, o cümlədən nazirlər və prezident müavinlərinə qarşı sanksiyaların tətbiq olunacağı gözlənilir.
Sanksiyalar İranın Ali Rəhbərinin Aparatının nəzarəti altında olan və insan hüquqlarının pozulmasını, eləcə də terrorizmi maliyyələşdirməkdə və ya törətməkdə, buna dəstək verməkdə iştirak edən hər hansı hüquqi şəxsə, o cümlədən fondlara və iqtisadi təşkilatlara şamil edilə bilər.
Qeyd edək ki, qanun layihəsi əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı iranlı xanım Məhsa Əmininin adını daşıyır.
Mənbə: Oxu.Az