“Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO
08-yan, 20:08 211 Gündəm"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
07.01.2023-cü il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Konstutsiyası 129-cu maddəsi və Azərbaycan Respublikası Konstutsiyası 52 və 53-cü maddələri “Vətəndaşlığın alınması və Vətəndaşlığın təminatı ilə bağlı” haqqında fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. “Qanun və İcra” proqramına müracət edən şikayətçi Qazaxıstan vətəndaşı Sarsenova Manarın şikayəti dinləndi və hüquqi yollarından danışıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişdik:
1. Nurlana Quliyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Əli Zamanov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Səyyad Əsgərov- Hüquqşünas
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə yeni ilin ilk “Qanun və İcra” proqramının tam videosunu təqdim edirik.
Yeganə Telmanqızı
“XeberTıme.az"