Tarixdə bir ilk: Roma Papası qadınlara səsvermə hüququ verəcək
28-apr, 08:24 132 DünyaRoma Papası Fransisk oktyabrda keçiriləcək nüfuzlu qlobal yepiskop toplantısında tarixdə ilk dəfə olaraq qadınların səs verməsinə icazə verəcək.
Rahibələr papanın müşavirə orqanı olan Sinodda səs vermək hüququ əldə ediblər.
“İllər boyu Vatikan nümayəndələri və yepiskopları qadınların səs verməsi ilə bağlı müqavimət göstəriblər. Ümid edirik ki, Sinod yaxın gələcəkdə xalqın tamhüquqlu nümayəndəlik orqanına çevrilməyə davam edəcək”, - deyə o qeyd edib.
Ənənəni pozan Papa Fransisk bəyan edib ki, səsvermə hüququ dini icmanın özünün seçdiyi və din xadimi olmayan 70 üzvünə də veriləcək, beləliklə də Sinod təkcə kilsə iyerarxiyasının toplantısı olmayacaq.
İslahat tərəfdarı olan Papa ümid etdiyini bildirib ki, onların yarısı qadın olacaq. O, həmçinin gənclərin də cəlb olunacağını vurğulayıb.
Mənbə: Oxu.Az