2024-cü il G20 sammitinin məkanı açıqlandı

Braziliyanın rəhbərlik etdiyi Böyük İyirmilik (G20) ölkələri qrupu sammiti gələn ilin noyabrında Rio-de-Janeyroda keçiriləcək.
Ölkənin ilk sədrliyi 1 dekabr 2023-cü ildə qrupun 2023-cü ildə Hindistanda keçiriləcək sammiti ilə başlayacaq.
Daha sonra Braziliyada keçiriləcək tədbirlərdə 10-dan çox müşahidəçi dövlətin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, bir müddət öncə Braziliya prezidenti Lula da Silva Ukrayna böhranını və onun sülh yolu ilə həllini müzakirə etmək üçün G20-nin analoqunun yaradılmasını təklif edib.
Mənbə: Oxu.Az