BMT Türkiyə hökumətinə təşəkkür etdi
16-may, 07:58 126 DünyaBirləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Qriffits Qara Dəniz Taxıl Təşəbbüsü üçün göstərdiyi “səy, enerji və qətiyyətə” görə Türkiyə hökumətinə minnətdarlığını bildirib.
O, BMT Təhlükəsizlik Şurasının sessiyasında Ukraynadakı humanitar vəziyyətlə bağlı çıxış edib.
Ölkədə mülki itkilərin son aylarda ən yüksək həddə çatdığına dair məlumatı paylaşan Qriffits 24 fevral 2022-ci ildən bu yana dinc əhali arasında ölənlərin sayının 23 min 600-ə çatdığına diqqət çəkib. O, qeyd edib ki, real rəqəmlər daha çox ola bilər.
Qriffits bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ixrac edilən ərzaq məhsulları qlobal ərzaq təhlükəsizliyinə çox mühüm töhfə verməkdə davam edir. Təşəbbüs sayəsində Ukrayna limanlarından 30 milyon tondan çox yükün təhlükəsiz şəkildə ixrac edildiyini ifadə edən BMT rəsmisi bunun sayəsində qlobal taxıl qiymətlərinin son 12 ayda 20 faiz azaldığını vurğulayıb.
Mənbə: Oxu.Az