Avropa Parlamentinin üzvlərinin pensiya planı yarıya endirilir
24-may, 08:29 136 DünyaAvropa Parlamenti (AP) deputatların pensiyalarını iki dəfə azaltmaq niyyətindədir.
Bu barədə Britaniyanın “Financial Times” qəzeti öz mənbələrinə istinadla yazıb.
Bildirilir ki, AP rəhbərliyi pensiyaların azaldılmasını, deputatların pensiya yaşının 65-dən 67-yə qaldırılmasını və pensiya ödənişlərinin indeksləşdirilməsinin ləğvini zəruri hesab edir.
Avropa Parlamenti bu yolla vergi ödəyicilərinin maraqlarını qorumağa və “benefisiarlar üçün yaşayış minimumu” təmin etməyə ümid edir.
Belə tədbirlər təxminən 1000 keçmiş və indiki parlament üzvünə, o cümlədən “Brexit” ideoloqlarından biri Naycel Faraj və Fransa parlamentindəki Milli Birlik fraksiyasının lideri Marin Le Penə təsir edəcək.
Qəzetin yazdığına görə, AP bu məsələ ilə bağlı yekun qərarı gələn il verəcək.
Xüsusi proqram çərçivəsində AP pensiya fondundan adambaşına ildə orta hesabla 375 000 avro vəsait ayırır. Proqramda 964 nəfər iştirak edir. Təqaüdə çıxan deputatlar 20 milyon avroluq birdəfəlik ödəməni seçə bilərlər (Avropada orta pensiya ayda 2000 avrodan 7000 avroya qədərdir).
Mənbə: Oxu.Az