Maykl Ceksonun şlyapası 77,6 min avroya satılıb

Müğənni Maykl Ceksonun ilk dəfə “ay yerişində” çıxış etdiyi qara fetr şlyapası Parisdəki “Lemon Auction” və “Artp Ges” kompaniyasında 77,6 min avrodan çox qiymətə satılıb.

Cekson bu papağı 25 mart 1983-cü ildə “Motown” səsyazma şirkətinin 25 illiyi şərəfinə verdiyi konsertdə geyinib. “Billie Jean” hitinin ifası zamanı onu səhnənin ən uzaq yerinə atıb, ondan sonra “ay yerişini” edib.

Qeyd edək ki, lotun ilkin dəyəri 60 min avro ilə 100 min avro arasında qiymətləndirilib.

Hərracda şlyapadan əlavə 200-ə yaxın lot da təqdim olunub. Onların arasında afişalar, konsert biletləri, Madonnanın qızıl diski, musiqi alətləri, Martin Qorun “Depeche Mode”dan kostyumu və The Rolling Stones-un vinil valları olub.

Mənbə: Oxu.Az