Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin təşəbbüsü ilə Dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin yüz İlliyi böyük hörmət və ehtiramla qeyd edilib
10-may, 13:21 184 Gündəm / CəmiyyətBirliyin idarə heyəti və onlarla üzvləri tərəfindən Ulu Öndər Heydər Əliyevin uyuduğu müqəddəs məzarı ziyarət edilib, önünə tər çiçəklər düzülüb.
Əsas məqsəd Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 cü il dönümü böyük hörmət və ehtiramla yad etmək, ölməz xatirəsini əbədiləşdirmək olub.
Ziyarətə Birliyin fəxri üzvi Qəbələ rayon sakini fiziki məhdudiyyətli
birinci qrup əlil Rizvanlı Elşən möhtəşəm yürüşü ilə şərəf verib. Ulu Öndər Heydər Əliyevin şərəfinə başlanan yürüş Qəbələ rayonundan Bakı şəhərinə qədər davam edib. Dayandığı sonuncu məkan Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarının qarşısı olub. Bu yürüşə Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birlik tərəfindən xüsusi dəstək verilib.
Ziyarətdə Birliyin idarə heyəti, onlarla üzvləri, tanınmış ictimai xadimlər, ictimai fəallar, iş adamları, şəhid ailələri, Vətən müharibəsinin iştirakçıları olan qazilər, veteranlar və media nümayəndələri iştirak ediblər.
Birlik sədri Yasəmən Qəyyumlu ziyarətçilər qarşısında çıxışı zamanı bildirib ki, Azərbaycan xalqınının tarixində əvəzsiz xidmətlər göstərmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev yeni Azərbaycanın memarıdır. 1990 cı illərin əvvəllərində ölkəmizin təcavüzə məruz qaldığı, müstəqilliyimizin az qala itirilcəyi bir vaxtda xalqımızın təkidilə hakimiyyətə qayıdan ümummilli Lider əsl xilaskar kimi tarixə düşdü. Ölkədə yaranmış xaos, parçalanma təhlükəsinin qarşısını qəti iradəsi, müdrikliyi və idarəçilik təcrübəsi sayəsində aldı. Bütün məkirli oyunların qarşısını qətiyyətlə alan dahi liderin apardığı siyasətin nəticəsində bütün dünya yeni Azərbaycanı qəbul etməyə, onunla hesablaşmağa başladı. Xalqın milli kimliyi, milli təfəkkürü özünə qaytarıldı.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa çəkiləcəkdir.
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq və daha yüksək zirvələri fəth edəcək.
Xalq Ulu Öndər Heydər Əliyevi daima böyük xilaskar kimi xatırlayır və onun qurduğu yeni Azərbaycan Respublikasını göz bəbəyi kimi qoruyur. Dahi şəxsiyyətə sevgi könüllərdə məskən salıb. Buna nümunə olaraq, Rizvanlı Elşən fiziki məhdudiyyətli olmasına baxmayaraq dahi şəxsiyyət, müdrik siyasətçi Heydər Əliyevə olan sevgisini onun yüz illiyinə həsr etdiyi yürüşü ilə nümayiş etdirdi. Biz bir təşkilat olaraq onun bu sevgini dəstəklədik və ona böyük hörmətlə yanaşdıq.
Ziyarət zamanı Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu Rizvanlı Elşənə Birliyin fəxri üzvülük vəsiqəsi və "Zəfər Diplomu"nu təqdim etdi. Sonda
xatirə fotosu çəkilib.
Fərid Səfərov
Birliyin mətbuat katibi