ABŞ və İsrail Qəzzada müvəqqəti hökumətin yaradılması variantını müzakirə edir
21-okt, 13:24 97 DünyaABŞ və İsrail BMT-nin dəstəyi və ərəb dövlətlərinin iştirakı ilə Qəzza zolağında müvəqqəti hökumətin yaradılması imkanını müzakirə edir.
Məlumata görə, tərəflər arasında müzakirələr ilkin mərhələdədir və Fələstin-İsrail münaqişəsində baş verən proseslərdən, xüsusən də İsrail qoşunlarının yerüstü əməliyyatından asılı olacaq.
Qeyd olunur ki, Qəzza zolağında müvəqqəti hökumətin yaradılması “inanılmaz dərəcədə çətin”, ərəb dövlətlərinin dəstəyini cəlb etmək isə “problemi daha da böyüdəcək”. “Ərəb dövlətlərini əhatə edən plan ərəb ölkələrinin riskləri dərketmə və bir-biri ilə işləmək tərzində əhəmiyyətli dəyişikliklər tələb edəcək”, - deyə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Uilyam Aşer bildirib. O əlavə edib ki, “bu, həm də Qüdsdən inam tələb edəcək, bu resurs indi çox defisitdir”.
Mənbə: Oxu.az