Orta məktəbin fəaliyyəti ilə bağlı hesabatı
09-iyn, 11:07 289 GündəmŞərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbinin dövlət proqramları və Milli Fəaliyyət Planları ilə əlaqədar müxtəlif sahələr üzrə ictimai hesabatı hazırlanaraq Elm və Təhsil Nazirliyinə təqdim olunub. QHT rəhbəri, ictimai fəal araşdırmaçı-jurnalist, Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin psixoloqu Cəmilə İsbəndiyarovanın rəhbərliyi ilə hazırlanan ictimai hesabatda il ərzində Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin cari təhsil ilində fəaliyyətini əhatələməklə bu nüfuzlu təhsil ocağında pedaqoji-sosial mahiyyətli məsələlər ətrafında aparılan maarifçilik işləri, şagirdlər, eləcə də valideynlərə aşılanan bilgilər, cəmiyyətin həyatında müsbət dəyişikliklərə səbəb olan təsirlər öz əksini tapıb.
İşçi qrupunun rəhbəri olaraq məlumat vermək istəyirəm ki, Prezident İlham Əliyevin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlıElm və Təhsil Nazirliyi tərəfindən 2023-cü ilin 1-ci yarımili ərzində görülməsi tövsiyyə edilən işlərlə bağlı Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbində geniş fəaliyyət planı hazırlanmışdır.
“İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması məqsədilə inzibati, təhsil, sosial, mədəni və digər sahələrdə müvafiq tədbirlər görülməsi, bu işə vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin cəlb edilməsi” bəndi üzrə aşağıdakı görülən işlər, həyata keçirilən tədbirlər, aksiyalar, görüşlər, kampaniyalar və s. təşkil olunmuşdur.
Məktəbimizdə təşkil olunan, tədris ilinin ilk yarısını əhatələyən silsilə təbliğat kampaniyalarında “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamına və onun həyata keçirilmə mexaniziminə xüsusi diqqət ayrılırdı. İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması ilə bağlı tanıtımlar həm şagirdlər, həm pedaqoji kollektivin üzvləri, həm də valideynlər arasında aparılırdı.
Bu barədə geniş məlumatları İnternet və sosial şəbəkə resurslarımızda paylaşaraq, daha çox insanı əhatələməyə çalışırıq. İctimai hesabatımızı, eləcə də ona aid İnternetdə yayımlanan məlumatların keçidlərini (linklərini) Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional idarəsinə təqdim etmişik.
“Regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı təkliflər hazırlanması” istiqaməti üzrə məktəbimizdə maraqlı addımlar atılıb. Məktəbimizdə, əsasən, bölgələrdən gəlmiş həssas ailələrin övladları təhsil aldığına görə bu təhsil ocağında rayonlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı maarifləndirici söhbətlər, təbliğat tədbirləri həyata keçirilib. Tədbirlərdə bu ictimai-sosial, mənəvi-psixoloji problemlərin aradan qaldırılması ilə əlaqədar ictimai müzakirələr də təşkil edilib, müəyyən təkliflər irəli sürülüb, ictimaiyyət nümayəndələrinin fikirləri dinlənilib. İctimai müzakirələrin ümumi nəticəsi olaraq insan alverinə qarşı mübarizədə cəmiyyətin bütün qruplarının - dövlət qurumları, təhsil ocaqları, ailə və valideynlər, ictimai təsisatlar, vətəndaş cəmiyyəti, hüquq-mühafizə orqanları, KİV və sosial şəbəkə resurslarının əhəmiyyəti xüsusi qabardılır.
“İnsan alverindən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqların təhsil imkanlarının artırılması” bəndi üzrə məktəbdə tematik açıq dərslər, müəyyən tədbirlər, məktəb psixoloqu olaraq gündəlik fəaliyyətlərimiz zamanı şagird və valideynlərlə aparılan işlərdə insan alverindən zərər çəkmiş, və ya insan alverinin potensial qurbanı olan uşaqların təhsil imkanlarının yaradılmasına xüsusi diqqət ayrırdıq. Zərər görmüş uşaqların öz həmyaşıdları tərəfindən mərhəmətlə əhatələnməsi və müştərək təhsil imkanlarına əhəmiyyət verilməsi vacib məsələlərdən sayılır.
“Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin davam etdirilməsi, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılması” bəndi üzrə şagirdlərin məktəbdən yayınması ilə bağlı mütəmadi profilaktik işlər aparılır. Əlaqədar dövlət qurumlarının nümayəndələri, valideynlər və geniş ictimaiyyətin nümayəndələri ilə bu istiqamətdə fəaliyyətlər sistem halına salınıb. Davamlı olaraq bu mövzularda söhbətlər aparılır, Azərbaycan Konstitusiyasındakı uşaq haqları, təhsildə bərabərlik kimi bəndlər, aidiyyəti milli qanunlarımızın maddələri, qoşulduğumuz beynəxalq saziş və konvensiyaların müddəaları, eləcə də Ailə məcəlləsində göstərilənləri əsas götürərək nəzarətsiz uşaqlar məsələsinə ictimai diqqət yönəldilib. Dərsdənkənar fəaliyyətlər də nəzərə alınmaqla, baxımsız, nəzarətsiz, səfilliyə meyilli uşaqlarla aparılan işlərin real nəticələri bir daha sübut edir ki, bu istiqamətdə mütəmadi fəaliyyətlərə ehtiyac duyulur.
“İnsan alveri ilə bağlı keçirilən bütün maarifləndirmə tədbirlərinin və təlimlərin nəticələrinin təşkilatçılar və iştirakçılar tərəfindən qiymətləndirilməsi təcrübəsinin tətbiq edilməsi” bəndi üzrə ciddi addımların atılması vacib hesab olunur. Cari tədris ilində insan alveri ilə bağlı keçirilən bütün maarifləndirmə tədbirlərinin, eləcə də təlimlərin nəticələrinin təşkilatçı və iştirakçılar tərəfindən qiymətləndirilməsi təcrübəsinin tətbiq edilməsinə xüsusi diqqət ayrılıb. Bu istiqamətdə aparılan maarifləndirici tədbirlərdə iştirakçıların bilgilənməsi və real həyatda onlardan yararlanmasına önəm verilib.
Məktəbimizdə insan hüquqları və azadlıqları sahəsinə də xüsusi diqqət verilir. Prezidentin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə 2023-cü ilin 1-ci yarımili ərzində də işlər aparılıb.
“Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davam etdirilməsi” bəndinə dair xüsusi fəaliyyət növləri reallaşdırılır. Məktəbdə əsasən Qarabağ və Kəlbəcər bölgəsindən olan şagirdlər təhsil alır. Onlarla yanaşı, məktəbin fəaliyyət göstərdiyi Xəzər rayonu Binə qəsəbəsində məskünlaşmış, əslən cənub bölgəsindən olan, etnik cəhətdən talış xalqının nümayəndələri sayılan şagirdlər də oxuyur. Bu baxımdan cari təhsil ilində həm Qarabağ – Kəlbəcər elat mədəniyyəti, həm də etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində müəyyən fəaliyyətlər həyata keçirilib. Yeni İl, Novruz Bayramı, ilaxır çərşənbələr, Ramazan bayramı və başqa əlamətdar günlərdə xalqımıza, eləcə də etnik azlıqlara məxsus mədəni irs nümunələri təbliğ olunub, bunların qorunub saxlanması, gələcək nəsillərə ötürülməsində İnternet resursları, Vikipediya, yeni media və sosial şəbəkələrdən yararlanmağın vacibliyi qabardılır. İKT alətlərindən də bəhrələnməsi təbliğ olunur ki, bu da vətəndaşları Bütöv Azərbaycanda azad yaşamasına stimul verəcək.
“Əhali, xüsusilə də uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası üzrə tədbirlərin həyata keçirilməsi” mövzusunda valideynlər, xüsusilə də uşaq və gənclər arasında təmiz ətraf mühit və sağlam həyat tərzinin geniş təbliğinə xüsusi diqqət ayrılır. Yeniyetmə və gənclər arasında, indilərdə isə şagirdlərin sırasında narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası üzrə tədbirlərin həyata keçirilməsi ilə bağlı maarifləndirici söhbətlərin aparılması vacib şərtlərdən biridir.
“İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın və onun Fakültativ Protokoluna uyğun olaraq milli preventiv mexanizmin funksiyalarının səmərəli yerinə yetirilməsini təmin etmək məqsədi ilə maarifləndirmə və digər zəruri tədbirlərin həyata keçirilməsi” sahəsinə də xüsusi diqqət ayırırıq. Məktəbimizdə ardıcıl olaraq işgəncə, həmçinin, yaşından, cinsindən asılı olmayayaraq insan ləyaqətini alçaldan hərəkət və rəftarlar haqqında təbliğat xarakterli fəaliyyətlər geniş yer verilir. Məktəbin sosial şəbəkə resurslarından tutmuş, həftəlik fəaliyyətlərində, pedoqoji kollektivin gündəlik işlərində bu istiqamətlərdə xüsusi aksiyalara geniş yer ayrılır.
“Məktəblilər və tələbələr üçün insan hüquqlarına dair olimpiadalarının, müsabiqələrin, sərgilərin və digər tədbirlərin keçirilməsinin davam etdirilməsi” istiqamətində Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin direktoru Nemət Həsənovun təşəbbüsü ilə tədris ili ərzində yuxarı sinif şagirdlər üçün insan hüquqlarına dair təbliğat və tanıtım aksiyaları, https://www.zekaishiginda.az/site/news/details/17973?fbclid=IwAR1zpgtfgaoWqNQvpnwQr6oSpG8rmeZ0ssrlCTBUhe3q-yS9mkbppwwrxrs fərdi söhbətlər, müsabiqələr və digər tədbirlər təşkil olunub. Bu tədbirlərin əsas mahiyyəti yeni nəslin sivil vətəndaş kimi tərbiyələnməsinə yardımçı olmaqdır.Təhsil ocağımızın yuxarı sinif şagirdləri arasında insan hüquqları gənc nəslin həyat tərzi - prinsiplərinin bəşəri və universal olması mövzusunda silsilə maarifçilik aksiyaları həyata keçirilib. Bu aylar ərzində bir neçə dəfə, müxtəlif formada, fərqli fəaliyyət növləri vasitəsilə insan hüquqlarının tarixi, milli və beynəlxalq sənədlər, müqavilələr, konvensiyalar haqqında geniş məlumatlar respodentlərə ötürülür.
Rayon ictimaiyyətinin, polis bölməsinin əməkdaşlarının, eləcə də məktəbin pedaqoji kollektivinin cəlb olunduğu davamlı hüquqi aksiyalarda orta məktəbin yuxarı siniflərinin şagirdləri, eləcə də valideynlər və müəllimlər arasında geniş bilgiləndirmə işləri aparılıb. Yeniyetməlik dövrünə qədəm qoymuş yuxarı sinif şagirdləri ilə hüquqi maarifçilik problemlər ətrafında müzakirələr zamanı içtirakçılar xüsusi maraq nümayiş etdirirlər.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən, hər il olduğu kimi, bu il 18 may - 18 iyun tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edilməsi ilə əlaqədar bir sıra tədbir həyata keçirilib, eləcə də reallaşdırılması planlaşdırılıb.
“Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün Tədbirlər Planı”nın icrası ilə bağlı müəyyən layihələr həyata keçiririk. “Yeniyetmə və gənclər arasında narkomaniya ilə bağlı bilik, mövqe və davranışlar haqqında sosioloji tədqiqatın keçirilməsi və risk faktorlarının müəyyənləşdirilməsi” istiqaməti üzrə mütəmadi olaraq bütün tədris ili boyu uşaq və yeniyetmələr arasında söhbətlər aparılır. Erkən yaşlarından narkomaniyaya meyillilik, tütün məmulatlarına, siqaretə, elektron siqaretə, qəlyana alışmaq mənfi vərdişə çevrilməsi və ömür boyu insanın sağlamlığında sağalmaz fəsadlar yaratması haqqında şagirdlərə real faktlarla məlumatlar çatdırılır. Naməlum və tanışların psixoloji baxışlarıyla siqaret çəkməyə alışan şəxsin öz həyatında yaratdığı maddi, iqtisadi, mənəvi, psixoloji, sosial, ekoloji, tibbi çətinliklərin izahından sonra iştirakçılara şərait yaradılır ki, bu mövzuda fikirlərini bölüşsünlər. Maarifləndirici kampaniyalar zamanı narkotik madələr, siqaret, qəlyan, başqa tütün məmulatları, elektron siqaretlər insan sağlamlığının düşməni olması fikirləri səsləndirilir və təklif olunur ki, özündə iradə tapıb bu pis vərdişlərdən imtina etsinlər.
Spirtli içkilər, energetik və güclü qazlaşdırılmış şirin sular, eləcə də narkotik maddələrdən istifadənin, sintetik və süni uyuşdurucu vasitələrin qəbulunun dəhşətli nəticələri, a-sosiallığa və şəxsiyyətin məhvinə aparıb çıxarması haqqında da məktəblilər maarifləndirildi.
“Uşaq və gənclərin yaş qruplarının fərqliliyini nəzərə alaraq, narkomaniya ilə mübarizə üzrə aparılan profilaktik tədbirlərin səmərəliyinin artırılması” üçün məktəbin psixoloqu olaraq bizim təşkilatçılığımızla yuxarı sinif şagirdləri arasında gənc nəslin sağlam həyat tərzi, pis vərdişlərdən qorunması, narkotik maddələrin dəhşətli mənfi fəsadları mövzusunda maarifçilik məşğələlərinin keçirilməsi https://www.facebook.com/kelbecer.37no.mekteb/posts/pfbid03atkmPAUvFn1hefL8T1RWYqDwVXmF23YNfC8X3o3rj7X6u7pbsnWwbVAyXEU1v7Bl öz səmərəsini verməkdədir. Rayon polis bölməsinin məsul əməkdaşlarının da cəlb olunduğu tədbirlərdən əvvəl məktəbin yuxarı siniflərinin şagirdləri, eləcə də valideynlər və müəllimlər ilə geniş bilgiləndirmə işləri aparılır. Yeniyetməlik dövrünə qədəm qoymuş yuxarı sinif şagirdləri ilə “ağ ölüm” adlandırılan qlobal sosial-fərdi problem ətrafında müzakirələr zamanı içtirakçılar məxsüsi fəallıq nümayiş etdirirdilər.
Prezidentin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, eləcə də 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə səyləri nəticəsində hazırlanmış “Ümumi təhsil müəssisələrinin VIII - IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait”, eyni zamanda digər rəsmi sənədlərdəki tövsiyyələrə uyğun olaraq, təhsil ocağımızda uyuşdurucu vasitələr, narkotikaya qarşı maarifləndirici təbliğat tədbirləri davaml aparılır.
Yeni nəslin nümayəndələrinin könüllülük fəaliyyətinə cəlb olunması üçün məktəbdə yeniyetmə şagirdlərin, eləcə də keçmiş məzunlarının təhsil ocağının pedoqoji fəaliyyətinə cəlb olunmasına xüsusi diqqət ayrılır. Hər il keçirilən açıq dərslər, məzun görüşləri, ilk və son dərs kimi tədbirlərin əsas məqsədlərindən biri də məktəbdə könüllüyü təbliğ etməkdir.
“Sağlam həyat tərzi, idman və yaradıcılığın təbliğatı ilə bağlı kütləvi aksiyaların keçirilməsi” üçün məktəbimizdə müəyyən addımlar atılır. Şagirdlərin sağlam həyat tərzi, idman və yaradıcılığın təbliğatı ilə bağlı kütləvi aksiyaların keçirilməsi ilə əlaqədar illik plana uyğun olaraq, müxtəlif fəaliyyətlər həyata keçirilir. Təhsil ocağında tanınmış şəxslərlə görüşlər, valideynlər üçün açıq qapılar, psixoloqla fərdi söhbətlər, məktəblilərin kreativ imkanların inkişaf etdirilməsi ilə əlaqədar reallaşdırılan mobil layihələr, gerçəkləşdirilən tədbirlər öz real, məhsuldar səmərəsini göstərməkdədir.
“Yeniyetmə və gənclərin iştirakı ilə narkomaniya və digər aludəçiliklərə qarşı poster, reklam çarxı, qısa film, tamaşa, ssenari, flaşmob və s. hazırlanması” istiqamətində də müəyyən failiyyətlər reallaşdırılır. Tədris ili ərzində yeni nəslin nümayəndələrinin, xüsusən də yuxarı sinif şagirdlərinin iştirakı ilə narkomaniya və digər mənfi vərdişlər, zərərli aludəçiliklərə qarşı sosial şəbəkələrdə və tədbirlərdə yararlanmaq üçün poster, sosial çarxı, qısa video, tamaşa, tədbir ssenarilər, flaşmob, kütləvi iştirakı təmin edən başqa aksiyaların hazırlanmasına xüsusi diqqət ayrılır. Bu istiqamətdə məktəblilərin fantaziyasını, kreativ düşüncəsini inkişaf etdirilməsi həm də maarifləndirmənin ən qabaqcıl növlərindən yararlanmaq kimi qəbul edirlir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasına da məktəbimiz ölkəmizin digər təhsil ocaqları kimi öz qatqılarını verə bilib.
“Yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsinə, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi” məqsədilə mütəmadi olaraq bütün tədris ili boyu işlər aparılmaqdadır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq maarifləndirmə kampaniyaları gerçəkləşdirilir.
Bu təbliğat aksiyaları zamanı yetkinlik yaşına çatmayanların və məktəblilərin təlim-tərbiyəsinə, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılmasına çalışılır. Onların maraq dairələrini genişləndirən, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılmasına səy göstərilir. Narkotiklərə meyilli şəxslərin acı aqibətləri barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlər həyata keçirilir. Hər ay məktəbdə ictimaiyyətin tanınmış nümayəndələrinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə bu istiqamətdə tərbiyəvi əhəmiyyətli görüşlər keçirilir, söhbətlər aparılır.
“Şagird antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual müsabiqələrin təşkili” istiqamətində bütün tədris ili boyu işlərə yer ayrılır. Şagirdlərin narkomaniyanın dəhşətli mənfi fəsadlarına qarşı dünyagörüşlərinin formalaşdırılması məqsədi ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsinə qarşı aktual ictimai qınaq, intellektual müqavimət təşkil edilir. Elə tədbirlərdən biri də may ayında keçirilib. Kəlbəcər rayonunun prokuroru ilə görüş və ictimai müzakirə https://www.zekaishiginda.az/site/news/details/17930?fbclid=IwAR3RYP-yIsICvXUzvGupaP9zTzO1zSgtcev2DLjkp3TpnwXhlyQqtM8iUKY bu istiqamətdə əhəmiyyətli hadisələrdən biri kimi şagirdlərin, pedaqoji kollektivin üzvlərinin, eləcə də valideynlərin yaddaşına həmişəlik həkk olundu.
“Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə ümumitəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, uşaq birliyi rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllim və şagirdləri üçün seminar-məşğələlərin, profilaktik tədbirlərin həyata keçirilməsi” əsas görülən işlər sırasındadır. Mütəmadi olaraq narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması müəllim və şagirdləri üçün məşğələlər, profilaktik maarifləndirici tədbirlər həyata keçirilir. Məktəbdə hər ay geniş ictimaiyyətin nümayəndələrinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə zərərli vərdişlər mövzusunda interaktiv görüşlər keçirilir, maarifləndirici söhbətlər aparılır.
“Müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı təbliğat aparılması” sahəsində də modern təbliğat və neo-maarifləndirmə metodlarından yararlanılır. Belə ki, uyuşdurucuların, narkotik vasitələrin, psixotrop maddələrin və onların qeyri-qanuni dövriyyəsinə və narkomanlığa qarşı təbliğat aparılmasına xüsusi əhəmiyyət verilir. Bu istiqamətdə aparılan neo-maarifçilik təbliğat kampaniyalarına yuxarı sinif şagirdləri, müəllimlər, valideynlər cəlb olunur ki, aksiyaların mahiyyəti daha çox şəxslərə aydın olsun.
“Təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə müxtəlif maarifləndirici materialların hazırlanması, internet resurslarında yerləşdirilməsi və onlardan istifadənin təşviqi” üzrə tədris prosesində, təlim metodunda, məktəbdənkənar – sosial şəbəkə fəaliyyətlərində ictimai və sosial sifarişlərə xüsusi əhəmiyyət verilir. Aparılan təbliğat və neo-maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə müxtəlif tanıtım materialların hazırlanması, İnternet və sosial şəbəkə resurslarında yerləşdirilməsi, onlardan geniş istifadənin təşviqinə xüsusi fikir verilir.
Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın 7.5-ci bəndininicrası ilə əlaqədar təhsil müəssisələrində geniş aksiyalar təşkil olunmaqdadır. Su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar məktəbdə il ərzində geniş təbliğat aksiyaları həyata keçirilir. Ekologiya, ətraf mühitin qorunması, canlı aləmin mühafizəsi, ağacların kəsilməsi, torpaq erroziyası, ərzaq təhlükəsizliyi, Xəzər dənizinin ümumi durumu, eləcə də son illərin qlobal istiləşməsi və onun dəhşətli fəsadlarından olan içməli su ehtiyatlarının tükənməsi, çayların, göllərin quruması, bu məsələlərdə insan faktorları ilə bağlı müxtəlif mövzuda, rəngarəng formatlı tədbirlər, aksiyalar reallaşdırılır.
Bu tədbirlər zamanı təhsil müəssisələrində, o cümlədən məktəbdə su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparılır. Məktəblilərə, həmçinin valideynlərə suyun həyatımız və dünyamız üçün əvəzsiz faydası haqqında kreativ formada bilgilər ötürülür, hər damcı suyun mənasız yerə sərfiyyatına qarşı ictimai mübarizənin vacibliyi yeni nəslin nümayəndələrinin diqqətinə çatdırılır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31.05.2020-ci il tarixli 230s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nın icrası ilə bağlıda təbliğat və təşviqat fəaliyyətlərinə yer verilir.
“Təhsildə, idmanda, ictimai həyatda fərqlənən tələbə və məktəblilərin yol hərəkəti təhlükəsizliyinin təbliği işinə cəlb edilməsinin stimullaşdırılması” üçün planlı fəaliyyətlər daha səmərəvericidir. Məktəbin ictimai fəal şagirdlərinin iştirakı ilə hər ay yol hərəkəti təhlükəsizliyinin təbliği aparılır, piyada və sürücülər arasında etik davranış normaları, yol mədəniyyəti, ictimai yerlərdə, meydan və küçələrdə davranış qaydaları, təhlükə anılarında, böhran hadisələri zamanı özünün reaksiyaları, eləcə də öz həyatının qorunması ilə bağlı müxtəlif irili-xırdalı aksiyalar təşkil olunur. Piyadalar, skuter idarə edənlər, velosipedçilər, digər mobil nəqliyyat vasitələrindən istifadə edərkən nələrə xüsusi diqqət ayırmaq lazım olduğunu hər zaman şagirdlərə izah olunur, mütəmadi təşkil edilən stimulyativ oyunlar vasitəsilə onların yaddaşlarına həkk edilir.
Yol-nəqliyyat hadisələrinin daha çox qeydə alındığı ərazilərin, təhlükəli keçidlərin, qovşaqların yaxınlığında yerləşən təhsil və digər müəssisələrdə tanınmış ziyalıların, nəqliyyat sahəsi üzrə ekspertlərin iştirakı ilə maarifləndirici görüşlərin keçirilməsinə xüsusi diqqət ayrılır.
Məktəbimizin yerləşdiyi Binə qəsəbəsindəki daxili yollarda tez-tez avtoqəzalar, piyadaların iştirakıyla faciəli yol-hərəkəti hadisələri baş verdiyindn, bu təhsil ocağının müəllim və şagirdləri, eləcə də valideynləri üçün maarifləndirici söhbətlər, təbliğat, tanıtım, tanışlıq görüşləri, tədbirləri daimi təşkil olunur. İctimai fəallar, QHT liderləri, ziyalılar, gənclərin iştirakı ilə keçirilən belə silsilə tədbirlər zamanı son illər avtomobil sıxlığı, tıxaclar, sürətli hərəkət kimi müxtəlif səbəblərdən tez-tez baş verən yol-nəqliyyat hadisələrinin daha çox qeydə alındığı yerlər haqqında da sosial şəbəkələr və mobil mesencerlərdəki qruplarda ictimai müzakirələr açılır, maarifləndirici təbliğat işləri aparılır.
“Məktəbəqədər və ümumi təhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunmuş guşələrin yaradılması, rəsm və ya şeir müsabiqələrinin keçirilməsi, valideyn və pedaqoji kollektivin bu işlərə cəlb edilməsi, əldə olunan müsbət təcrübənin yayılması, bu mövzuda hazırlanmış sənət nümunələrinin, səhnəciklərin, viktorinaların kütləvi informasiya vasitələrində yayımlanması” üçün qazanılmış təcrübələrdən bəhrələnməyə çalışırıq.
Paralel olaraq nəqliyyat mədəniyyəti, piyada və sürücü məsulliyyəti, yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunmuş plakatlar yaradılıb, bu mövzularda audio-vizual və virtual yarəşmalarını təşkilinə xüsusi önəm verilir. Müəllimlər, şagirdlər, valideyn və pedaqoji kollektivin üzvlərinin də bu işlərə cəlb edilməsi müsbət təcrübənin əldə edilməsinə təsir gösətərir və qazanılan nailiyyətlər yeni mediada, sosial şəbəkələrdə təcrübə olaraq paylaşılır.
“Tələbə və şagirdlərin dövlət yol polisinin xidməti fəaliyyəti ilə yaxından tanış olmaları, yol hərəkətinin tənzimlənməsi və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi prosesində qüvvə və vasitələrin idarə olunması prosesini canlı izləmələri məqsədilə onların Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumlarına ekskursiyalarının təşkil edilməsi” əsas məsələlərdən sayılır.
Məktəbdə şagirdlərin dövlət yol polisinin məsuliyyətli fəaliyyəti ilə yaxından tanış olmaları, yol hərəkətinin tənzimlənməsi və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi prosesi ilə real və virtual tanışlıq imkanları yaradılır. İnternetdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı bir çox maraqlı video-materiallar çat-qrupları vasitəsilə məktəblilərə, valideynlərə, müəllimlərə çatdırılır. Məktəbdə Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumlarına əməkdaşları ilə mütəmadi görüşlər təşkil olunur.
Uşaq istirahət düşərgələrində, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici görüşlərin təşkil edilməsi, tanınmış ziyalıların, müharibə və əmək veteranlarının, mədəniyyət və incəsənət işçilərinin prosesə cəlb olunması, nəticələrin ictimailəşdirilməsinə xüsusi önəm verilir.
Yay məktəbində, eləcə də maraq klublarında, bəzi hallarda isə açıq dərslər formasında həyata keçirilən tədbirlərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici aksiyalar təşkil edilir, tanınmış ziyalıların, müharibə və əmək veteranlarının, mədəniyyət və incəsənət nümayəndələri, polis əməkdaşları bu prosesə cəlb olunmaqla real nəticələr geniş formada ictimailəşdirilir. Fərddən-fərdə, şagirddən valideynə, məktəblidən dostlara formatında maarifləndirici bilgilərin daha çox şəxsə çatdırılması son illər yolhərəkəti hadisələrinin azalmasına səbəb olmuşdur.
Cəmiyyətdə yol mədəniyyətinin daha da inkişaf etdirilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi məqsədilə audiovizual əsərlərin, o cümlədən animasiyanın, tanıtım çarxlarının, qısametrajlı filmlərin çəkilməsi, metodiki və təbliğat-təşviqat məzmunlu nəşrlərin hazırlaması, bu sahədə sosial şəbəkələrin imkanlarından, vizual effektlərdən geniş və davamlı şəkildə istifadə edilir.
Ölkəmizdə və paytaxtda yol mədəniyyətinin inkişaf etdirilməsi, bu sahədə iştirakçılığın, habelə vətəndaşlar arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi məqsədilə audiovizual əsərlərin, o cümlədən tanıtım çarxlarının, qısametrajlı filmlərin çəkilməsi, metodiki və təbliğat-təşviqat məzmunlu məhsulların hazırlaması, bu sahədə sosial şəbəkələrin imkanlarından mütəmadi şəkildə istifadə edilməsinə xüsusi önəm verilir.
Müasir zəmanədə get-gedə böyük problemlərə çevrilməkdə olan yol mədəniyyətinin inkişafı, bu aktual sahədə fəal iştirakçılığın, habelə gənc nəsil nümayəndələri arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi üçün Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbində problemə aid audiovizual, virtual məhsullardan, tanıtım çarxlarından, qısametrajlı filmlərdən, metodiki və təbliğat-təşviqat məzmunlu nəşrlərdən mütəmadi hazırlanır.
“Televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən və ya digər şəkildə açıqlanması nəzərdə tutulan əsərlərin (reklam, nəşr və s.) hazırlanması zamanı yol hərəkəti təhlükəsizliyinin təbliğinin nəzərə alınması, bu sahə ilə bağlı bilik, bacarıq və vərdişlər aşılayan intellektual oyunların, viktorinalarınvə digər təbliğat-təşviqat və kütləvi maarifləndirmə xarakterli tədbirlərin təşkil edilməsi” dövrümüzün sosial sifarişlərindəndir.
Məktəblilər tərəfindən yol mədəniyyəti mövzusunda yeni kreativ materialların hazırlamaları, bu sahədə sosial şəbəkələrin imkanlarından, müxtəlif effektlərdən davamlı şəkildə istifadə etmələri üçün motivativ metodlardan istifadə olunur ki, bu da yol-hərəkət təhlükəsizliyinə riayət edilməsinə, nəqliyyat mədəniyyətinin inkişafına öz müsbət təsirini göstərir.
“Yol Polisinə dəstək” qruplarının yaradılması, könüllülərin iştirakı ilə insanların kütləvi toplaşdığı, fəaliyyət göstərdiyi məkanlarda yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə maarifləndirici materialların yayılmasının təşkil edilməsi, kütləvi informasiya vasitələrini cəlb etməklə belə tədbirlərin ictimailəşdirilməsi də vacib məsələlərdəndir.
Məktəbində “Yol polisinin dostları” adlı dəstək qrupları fəaliyyət göstərir. Gənc könüllülərin iştirakı ilə müxtəlif əlamətdar günlər və tədbirlər zamanı vətəndaşların toplaşdığı, iştirak etdiyi məkanlarda yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə maarifləndirici materialların yayılmasına kömək edilir. Yeni mediada, sosial şəbəkələrdə, çatlarda və qruplarda yeni yol mədəniyyətinin təbliğinə şalışılır.
“KİV-in imkanlarından istifadə etməklə velosiped, motosiklet və mopedlərdən istifadə edən sürücülər arasında yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə qaydaları ilə bağlı təbliğat və maarifləndirmə işinin təşkil edilməsi” əsas işlərimizdən sayıla bilər.
Məktəbimizdə İnternet və KİV, sosial şəbəkələr və video-platformaların imkanlarından yararlanaraq velosiped, motosiklet və mopedlərdən istifadə edən gənc sürücülər arasında yol hərəkəti və nəqliyyatda təhlükəsizlik vasitələrindən istifadə qaydaları ilə bağlı təbliğat və maarifləndirmə işinin təşkilinə də xüsusi diqqət ayrılır. İl ərzində bu istiqamətdə neo-maarifləndirici işlər həyata keçirilir, təbliğat və tanıtım tədbirləri reallaşdırılır.
Prezidentin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı bizim üçün əsas sənədlərdən hesab olunur.
“Yol hərəkətinin təhlükəsizliyi mövzusunda müxtəlif xarakterli müsabiqə və yarışlar keçirilməsi və dərnəklərin təşkili” istiqamətində məktəbimizdə yol mədəniyyəti, bacarıqlar və vərdişləri, hərəkətin təhlükəsizliyi mövzusunda müsabiqə və yarışların keçirilməsi, maraq dərnəklərinin təşkilinə xüsusi diqqət ayrılmağa başlanılıb. Təhsil ili boyunca bu istiqamətdə mütərrəqqi addımlar atılır, peşəkarların iştirakı ilə müzakirələr açılır, alternativ təhsil, elektron öyrətmə, virtual neo-maarifləndirmə formatlarında fərqli tədbirlər, aksiyalar, yarışmalar həyata keşirilir. Bütün bu addımların əsas mənası gələcəyin sürücqü və piyadalarının bilgiləndirilməsi, yol hərəkəti qaydalarının qorunması, təhlükəsiz yol, nəqliyyat hadisələrinin acınacaqlı nəticələrini qabaqlayıcı tədbirlər vasitəsilə azaldılması, vətəndaşlarımızın rahat hərəkəti kimi məsələləri hər zaman diqqətdə saxlamaqdır.
Respublika Nazirlər Kabinetinin 19 dekabr 2018-ci il tarixli 857s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nınicrası istiqamətində də layihələrin həyata keçirilməsinə diqqət ayırırq.
“Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikasının Təhsil Nazirliyi sistemində “Azərbaycan dili-milli varlığımızdır” mövzusunda müsabiqələrin keçirilməsi” bu məsələdə işimizə yarıyır. 21 fevral Ümumdünya Ana dili günü münasibətilə ümumməktəb miqyasında, bütün sinifləri əhatə edən https://www.facebook.com/camila.cicek “Azərbaycan dili - milli varlığımızdır” mövzusunda ədəbi-bədii esse, inşa və şeir müsabiqəsi təşkil olundu. 1 avqust - Azərbaycan dili və əlifbası bayramı, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövlət dilimizin inkişafındakı tarixi xidmətləri, eləcə də ana dilimizin gözəlliyi, qorunması, geniş istifadəsi haqqında mütəfəkkirlərin fikirləri bütün tədris dövrü boyunca filoloq-müəllimlər tərəfindən şagirdlərə təbliğ olunur, eləcə də müxtəlif tədbirlərdə ana xətt kimi istifadə edilir.
“Dayanıqlı İnkişaf Məqsədləri”nin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər üzrə Fəaliyyət Planının icrası ilə fəaliyyətimizi tənzimləməyə çalışırıq.
“2023-cü ilin birinci yarımili ərzində Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi üzrə görülmüş işlər” ilə əlaqədar məktəbmizdə bir sıra https://www.facebook.com/photo/?fbid=2261757804035432&set=a.359076724303559 tədbir və açıq dərslərdə, eləcə də uyğun fənlər keçirilir. “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda maarifləndirmə və təbliğat işlərinə xüsusi diqqət ayrılır.
İlin əvvəlindən etibarən aparılan davamlı maarifləndirmə aksiyalarında “Minilliyin Bəyannaməsi”nə qoşulmuş ölkəmizdə yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiq edilməsi və uğurla icra olunması haqqında şagirdlərə məlumatlar ötürülüb. Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan ötən illər ərzində Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə etmişdir.
Məktəbimizdə təşkil olunan bu fəaliyyət növləri bir daha sübut edir ki, Azərbaycan təhsili dünyanın qabaqcıl pedaqoji texnologiyalarıyla ayaqlaşmaqla zəmanəmizin aktual problemləri haqqında yeni nəsil nümayəndələri arasında maarifçilik işlərini genişləndirməkdədir. Bu istiqamətdə hər birimiz məktəbə və şagirdlərə yardımçı olmalıyıq ki, gələcəyin vətəndaşları ölkəmizin əsl sahibləri kimi özlərini hiss etsinlər.
Cəmilə İsbəndiyarova (Cəmilə ÇİÇƏK),
QHT rəhbəri, ictimai fəal araşdırmaçı-jurnalist,
Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin psixoloqu