ABŞ İsrailə yüksək dəqiqlikli bombalar verəcək
07-noy, 08:18 87 DünyaABŞ prezidenti Co Baydenin administrasiyası İsrailə 320 milyon dollar dəyərində yüksək dəqiqlikli bombalar göndərməyi planlaşdırır.
Məlumata görə, ABŞ administrasiyası Konqresə belə silahları İsrailə ötürmək niyyətində olduğu barədə bildiriş göndərib.
Söhbət İsrailin “Rafael” şirkəti tərəfindən hazırlanmış “Spice” bombaları silsiləsində gedir.
Razılaşmaya əsasən, konsernin törəmə şirkəti “Rafael USA” silahları əsas şirkətə təhvil verəcək, o da öz növbəsində onları İsrail ordusuna tədarük edəcək.
Qeyd edək ki, “Spice” bombaları 125 km-ə qədər məsafədəki hədəfləri vura bilir.
Xatırladaq ki, ötən həftə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri respublikaçıların təklif etdiyi İsrailə 14,3 milyard dollarlıq yardımın ayrılması ilə bağlı qanun layihəsini böyük səs çoxluğu ilə dəstəkləyiblər.
Mənbə: Oxu.az