Gün ərzində neçə addım atmaq lazımdır - ÜST-dən məsləhət

Gün ərzində 10 000 addım atılması norması artıq bütün dünyada qəbul olunub. Aparılan araşdırmalara görə, bunu dünyaya həkimlər və elm adamları deyil, yapon marketoloqları gətiriblər. Yaponiyada hələ 1965-ci ildə “on min addım sayğacı” olan addımölçən buraxılıb. Reklam geniş ictimaiyyəti hər gün on min bal toplamaq lazım olduğuna uğurla inandırıb. Bəs əslində nə qədər gəzməlisən?
Ümumdünya Səhiyyə Təşkilatı gündəlik fəaliyyəti addımlarla deyil, dəqiqələrlə ölçür. Təşkilatın fikrincə, sağlam qalmaq üçün həftədə orta fiziki fəaliyyətə 300 dəqiqə və ya intensiv idmana 150 dəqiqə ayırmaq lazımdır. Gəzintiyə gəlincə, bu, gündə təxminən 43 dəqiqə olmalıdır.
Mənbə: Oxu.az