İsveçin baş naziri ölkədəki məscidlərin sökülməsi çağırışına cavab verib
28-noy, 10:30 96 Dünya“İsveçdə dini binalar sökülmür”.
Bunu İsveçin Baş naziri Ulf Kristersson sağçı İsveç Demokratlar Partiyasının lideri Cimmi Okessonun ölkədəki bəzi məscidlərin sökülməsinə ehtiyac olduğunu bildirən bəyanatına cavab olaraq deyib.
Okesson məscidləri “radikallaşma ocaqları” hesab etdiyini bildirib və bu binaların “müsadirə olunmasına və sökülməsinə” başlamaq lazım olduğunu bəyan edib. Onun iddiasına görə, bu məscidlərdə guya İsveç əleyhinə təbliğat aparılır.
Kristersson isə qeyd edib ki, sağçıların nümayəndəsinin bəyanatı İsveçin beynəlxalq səhnədə necə olduğu barədə yanlış təsəvvür yaradır.
Baş nazir bu cür bəyanatlar verənləri özlərinə gəlməyə çağırıb. O, ölkənin təhlükəli dövrdə yaşadığını vurğulayıb.
Mənbə: Oxu.az