“İraq İslam müqaviməti” ABŞ hərbi bazasına hücum etdi
06-dek, 15:33 209 Dünya
İraqın Ənbar əyalətində ABŞ-nin Ayn əl-Əsəd hərbi bazasına PUA (pilotsuz uçuş aparatı) hücumu olub.Bu barədə “İraq İslam müqaviməti” hərəkatına daxil olan şiə silahlı qruplaşmaları məlumat verib.
Hərəkatın “Telegram” kanalında dərc olunan bəyanatına görə, Ayn əl-Əsəd bazasına zərbə “düşmənin Qəzza zolağında törətdiyi cinayətlərə cavab olaraq” həyata keçirilib. Hərəkat tərəfdarlarının fikrincə, PUA “nəzərdə tutulan hədəfi vurub”. Dəymiş ziyanla bağlı məlumat verilmir.
Qeyd edək ki, Ayn əl-Əsəd bazasına sonuncu dəfə noyabrın 23-də hücum edilib.
Mənbə: Oxu.az





