ABŞ və Gürcüstan cinayətkarların ekstradisiyası barədə saziş imzalayıb
17-dek, 16:17 88 DünyaABŞ və Gürcüstan cinayətkarların ekstradisiyası haqqında müqavilə imzalayıb.
Bu barədə Gürcüstan Baş Prokurorluğunun saytında bildirilir.
Qurumun məlumatına görə, sənədi Gürcüstan tərəfdən Ədliyyə Nazirliyinin rəhbəri Rati Breqadze və baş prokuror İrakli Şotadze, Amerika tərəfdən isə ABŞ baş prokurorunun müavini və beynəlxalq əlaqələr üzrə katib Brüs Şvarts imzalayıb.
“Bu, Gürcüstan tarixində mühüm məqamdır. Gürcüstan və ABŞ arasında son 30 illik səmərəli əməkdaşlıq bizim davamlı dostluğumuza sübutdur və bu tarixi razılaşma həmin tərəfdaşlığın kulminasiya nöqtəsidir”, - deyə prokuror Şotadze bildirib.
Qeyd edək ki, yanvar ayından ABŞ və Gürcüstan arasında ekstradisiya müqaviləsinin bağlanması ilə bağlı danışıqlar davam edir. Gürcüstan prokurorluğunun məlumatına görə, saziş cinayətkarlıqla mübarizənin effektivliyini artıracaq.