Heydər Əliyevin Azərbaycan Ədliyyəsinin inkişafında xüsusi rolu

Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan Respublikasının memarı və xilaskarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli lider  Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi və bənzərsiz liderlik keyfiyyətləri ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə – müstəqilliyi daimi, dönməz və əbədi etməyə müvəffəq olmuş, xalqımıza qürur və iftixar mənbəyi olan çoxsaylı tarixi nailiyyətlər qazandırmış, yeni, müasir və müstəqil Azərbaycan reallığını yaratmış müdrik dövlət xadimidir.

Heydər Əliyev ideyaları həm xalqımızın mənəvi-siyasi sərvəti, həm də Azərbaycan dövlətinin inkişafını, xalqımızın xoşbəxt gələcəyini təmin edən dəyərlər sistemi kimi müstəsna əhəmiyyətə malikdir. Ulu Öndərin ideyaları, eyni zamanda, milli həmrəyliyi təmin edən, dünya azərbaycanlılarını vahid məqsəd ətrafında – Azərbaycan naminə birləşdirən məfkurədir.

2023-cü il may ayının 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz bir insan olan Heydər Əliyevi daim ehtiramla xatırlayır. Müasir Azərbaycan tarixinin 30 ildən artıq dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaq və bu irs heç vaxt tükənməyəcəkdir. Milli dövlət quruculuğumuzun elə bir sahəsi yoxdur kiz orada Heydər Əliyev irsinin, onun misilsiz töhfəsinin şahidi olmayaq. Müasir ədliyyə və hüquq sisteminin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz rolu danılmazdır. Ulu öndər Azərbaycana rəhbərliyi illərində respublikanın ədliyyə sisteminin inkişafına məhz belə bir mövqedən yanaşıb və insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında, milli qanunvericiliyin formalaşmasında əsas rol oynayan ədliyyə ədliyyə sisteminin demokratik dəyərlər əsasında qurulmasını prioritet istiqamət kimi diqqətdə saxlayıb. Azərbaycana rəhbərliyinin ilk dönəmində Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə yaradılması xüsusi əhəmiyyət verdiyi məsələlərdən biri olub. Azərbaycan xalqı öz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan müasir  hüquq sisteminin, qanunvericilik  bazasının formalaşdırılması zəruri idi. Ədliyyə sisteminin müasirləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul olundu, ən başlıcası isə ədliyyə işinin gələcək inkişafı məqsədilə hərtərəfli zəmin yaradılıb. Ümummilli lider ölkədə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan ədliyyəsinin həyatında əsaslı dövr başlandı. Bu dövr ədliyyə sisteminin sürətli inkişafı, fəaliyyət istiqamətlərinin, funksiya və səlahiyyətlərinin genişlənməsi, işinin və strukturunun təkmilləşməsi, öz mahiyyətinə xas hüquqi dövlət və demokratik cəmiyyətlər üçün zəruri olan missiyalarını əldə etməsi ilə xarakterikdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan Ədliyyəsinə daim xüsusi diqqət və qayğı göstərmişdir. Ədliyyə işçilərinə mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün-22 noyabr Ədliyyə işçilərinin peşə bayramını təsis etməklə Ulu öndər Heydər Əliyev ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır. Son illər Azərbaycanda müasir hüquq sistemində aparılmış köklü islahatlar da öz bəhrəsini verir. İnsanların məhkəmə orqanlarına inamı artır. Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilir. Qəbul edilmiş qərarlar, məhkəmə hüquq sistemində yeniliklər, o cümlədən, dünyada mövcud olan ən mütərəqqi təcrübənin Azərbaycanda tətbiq edilməsi aparılan islahatların bariz nümunəsidir. Bu gün ədliyyə sisteminin müasirləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul olunub, ən başlıcası isə ədliyyə işinin gələcək inkişafı məqsədilə hərtərəfli zəmin yaradılıb. Son illər ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Ədliyyə Nazirliyinin səlahiyyətləri genişlənmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Heydər Əliyevin quruculuq yolu ilə irəliləyən ölkəmizdə ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsi, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətlərinin daha da təkmilləşdirilməsinin təmin edilməsi məqsədilə möhtərəm Prezidentimizin 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramda ədliyyə və hüquq fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə fəaliyyətinin müasir tələblər səviyyəsində həyata keçirilməsinin təmin olunması, yerli idarəetmənin inkişafında ədliyyə orqanlarının iştirakının səmərəliliyinin artırılması və s. kimi istiqamətlərdə həyata keçirilməli olan zəruri tədbirlər müəyyən edilmişdir. Bu gün ədliyyə və hüquq hüquq fəaliyyətində müasir iş üslubları, ən qabaqcıl texnologiyalar tətbiq olunur. Xarizmatikliyi, geniş dünyagörüşü və yüksək təşkilatçılığı ilə dövlətimizin daimi inkişafının təmini üçün qanunun aliliyini rəhbər tutan ulu öndər müdrik siyasi fəaliyyəti sayəsində bütün dövlət orqanlarında, o cümlədən ədliyyə və hüquq sahəsində də mütərəqqi və dünyəvi islahatlar aparmışdır. Hamımız əminik ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla davam etdirən ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanımızı daha parlaq gələcəyə aparacaqdır. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər, dahi şəxsiyyət Heydər Əliyevin ömür yolu Vətənə, xalqa xidmət nümunəsidir.

Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür. Heydər Əliyevin əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.


Şəfahət İmranov — Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru 



Qısa arayış: (1972, Göyçay ş.) – Azərb. Resp. hərbi prokurorunun müavini, ədliyyə general-mayoru (2012), hüquq ü.f.d.
BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib (1993). 1994–2009 illərdə Bakı ş. Əzizbəyov r-n prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru və müstəntiqi, Bakı ş. Xətai r-n prokurorluğunun müstəntiqi və böyük müstəntiqi, Bakı ş. prokurorluğunun Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, Resp. Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini və Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifələrində çalışıb. Azərb. Resp. Baş prokurorunun 4 dekabr 2009 il tarixli əmri ilə Azərb. Resp. Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilib. Azərb. Resp. Prezidenti İlham Əliyevin 1 oktyabr 2012 il tarixli Sərəncamı ilə ona ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib. “Tərəqqi” medalı ilə təltif edilib (2018).


Hazırladı: Vüqar Əsədov