ABŞ Qırmızı dənizdəki vəziyyəti həll etmək üçün Norveçdən kömək istəyib
18-dek, 09:37 82 DünyaABŞ Qırmızı dənizdə birgə beynəlxalq təhlükəsizlik əməliyyatı keçirmək üçün Norveçə sorğu ilə müraciət edib.
Bu barədə Norveç KİV məlumat yayıb.
Norveç Xarici İşlər Nazirliyinin nümayəndəsi Eyvind Vad Petersson belə bir sorğunun alındığını açıqlayıb.
Onun sözlərinə görə, sorğuya hazırda ölkənin hakimiyyət orqanları tərəfindən baxılır.
Məlumata görə, Norveç Xarici İşlər Nazirliyi Qırmızı dənizdəki vəziyyəti izləyir və Norveç Gəmi Sahibləri Assosiasiyası ilə əlaqə saxlayır.
Qeyd olunur ki, Assosiasiya Norveçin sözügedən ərazidə təhlükəsizlik əməliyyatında iştirakına ümid edir.
Mənbə: Oxu.az