Erməni deputatdan "Qarabağsız Ermənistanın gələcəyi yoxdur" fikrinə kəskin etiraz: "Azərbaycan ərazisidir"
27-okt, 11:12 168 Dünya“Əsas məqsəd Qarabağ yox, Ermənistan olmalıdır”.
Bunu Ermənistan parlamentinin deputatı Vigen Xaçatryan açıqlamasında deyib.
“O zaman belə çıxır ki, Ermənistanın gələcəyini Qarabağ müəyyən edir. Qarabağ varsa, Ermənistan olacaq, Qarabağ yoxdursa, Ermənistan da olmayacaq. Bu siyasi mövqe baxımından yanlışdır...”, - erməni deputat Vigen Xaçatryan deyib.
Ermənistan Demokratiya və Təhlükəsizlik Mərkəzinin təşkil etdiyi tədbirdə çıxış edən Vigen Xaçatryan bəyan edib ki, "Qarabağsız Ermənistanın gələcəyi yoxdur" tezisini təbliğ etmək çox təhlükəlidir.
Xaçatryan erməni cəmiyyətini belə iddialardan əl çəkib reallığa nəzər salmağa çağırıb.
Onun sözlərinə görə, bu ərazilərin Ermənistan ərazisi sayılmasından söhbət gedə bilməz, bu insanların Azərbaycanın tərkibində gələcəyindən danışmaq lazımdır.
“Qarabağ məsələsi daxili siyasi mübarizənin predmetinə çevrilməməlidir. Qarabağ münaqişəsinin həllinə yanaşmalar manipulyasiya mexanizminə, vətəndaşların gözündə xoşuna gəlmək və ya xal qazanmaq yoluna çevrilməməlidir. Bu yolverilməzdir, eyni nəticələrə nail olmaq üçün bir çox başqa yollar var”, - o vurğualyıb.