Türkiyə variantlar təklif etdi: həll olmazsa, Rusiya...
29-okt, 10:41 182 DünyaTürkiyə F-35 böhranının həlli üçün ABŞ-a 3 variant təklif edib.
Türkiyə mətbuatı xəbər verir ki, bu variantlar Türkiyənin F-35 proqramına geri qəbul edilməsi, istehsal xəttindən çıxan və sınaqdan keçən 6 ədəd F-35 verilməsi və F-35-lər üçün ödənilən 1.4 milyard dolların geri qaytarılması və ya bu pulun yeni F-16-ların alınmasına sərf edilməsidir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-lı həmkarı Co Bayden arasında baş tutacaq üzbəüz görüşdə F-35 böhranı, Suriya məsələsi, Şərqi Aralıqdakı son vəziyyət, Əfqanıstanın gələcəyi, terrorla mübarizə, hərbi və siyasi münasibətlər müzakirə ediləcək.
Noyabrın 2-də “Glasgow'da keçiriləcək görüşdə yol xəritəsinin müəyyən olunması gözlənilir.
“Yeni Şafak” qəzeti bu görüşdən nəticə çıxmazsa, Türkiyənin üzünü Rusiyaya çevirəcəyini yazıb.
Qeyd edək ki, ötən gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da ABŞ-ın problemi həll etməyəcəyi təqdirdə Rusiya istehsalı Su-35 və Su-57 daxil olmaqla digər variantlara baxılacağını demişdi.