Serbiya prezidenti vətəndaşlara təhlükə barədə xəbərdarlıq etdi: “Heç vaxt olmadığı qədər çətin olacaq”
27-mar, 11:23 88 DünyaSerbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin tezliklə milli maraqlara dair təhlükə ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.
O, bu barədə “Instagram” hesabında müvafiq bəyanat dərc edib.
Aleksandr Vuçiçin sözlərinə görə, son 48 saat ərzində Belqrad Serbiya və Serb Respublikasının həyati vacib milli maraqlarını birbaşa təhdid edən xəbər alıb.
“Yaxın günlərdə mən Serbiya xalqını qarşıda duran bütün çağırışlarla tanış edəcəyəm. Çətin olacaq, heç zaman olmadığı qədər çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək”, - deyə Vuçiç yazıb.
Serbiya prezidenti başqa təfərrüat açıqlamayıb.
Mənbə: Oxu.az