Ermənistan XİN rəhbəri: “İrəvan-Tehran münasibətlərini daha da dərinləşdirməyə hazırıq”
04-noy, 12:36 182 DünyaErmənistanla İran arasında qarşılıqlı etimada əsaslanan tarixi dostluq münasibətləri mövcuddur.
“Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Nouvelles d’Arménie” nəşrinə müsahibəsində deyib.
“Dostluğa və qarşılıqlı hörmətə, ticari-iqtisadi, siyasi və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan Ermənistan-İran münasibətlərini qarşılıqlı qaydada daha da inkişaf etdirməyə və dərinləşdirməyə hazırıq”- Mirzoyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan nüvə proqramı üzrə danışıqların bərpa olunacağına, uğurlu nəticə əldə edəcəyinə və bu da öz növbəsində İrana qarşı mövcud sanksiyaların ləğvi üçün imkan yaradacağına tam əmindir: “Bu da Ermənistan və İran arasında iqtisadi əməkdaşlığın inkişafı üçün mühüm stimul ola bilər”.