Avropa Komissiyası “Facebook” və “Instagram”ı dezinformasiyada ittiham edir
30-apr, 09:52 102 DünyaAvropa Komissiyası (AK) “Facebook” və “Instagram”a və bu sosial şəbəkələrin məxsus olduğu ABŞ-nin “Meta” şirkətinə qarşı təhqiqata başlayacaq.
Buna səbəb bu resursların dezinformasiyanın yayılmasının qarşısını almaq üçün kifayət qədər səy göstərməməsidir.
Məlumata görə, Avropa komissarları xüsusilə Rusiyanın Avropa Parlamentinə seçkilərə müdaxilə cəhdlərinə adıçəkilən platformaların necə yanaşmasından narahatdırlar.
Qeyd edək ki, seçkilər 6-9 iyun 2024-cü il tarixlərində bütün Aİ ölkələrində keçiriləcək.
Mənbə: Oxu.az