Çində günəşi daha yaxından izləyəcəklər
12-may, 11:46 72 DünyaÇin Günəşdən gələn yüklü hissəciklərin axınını müşahidə etmək üçün nəhəng radioteleskopun tikintisini başa çatdırıb.
Güclü astronomik alət texniki sınaqlardan uğurla keçib.
Layihəyə Çin Elmlər Akademiyasının Milli Kosmik Tədqiqatlar Mərkəzi nəzarət edib. Obyekt Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində yerləşir.
Bu teleskop sayəsində çinli mütəxəssislər günəş küləyinin təsiri altında uzaq mənbələrdən gələn radiosiqnallarda dalğalanmaların gündəlik müşahidələrini aparacaqlar.
Belə monitorinqin aviasiya, aerokosmik layihələr, rabitə, naviqasiya və enerji sistemlərinin işinə mənfi təsir göstərən maqnitosfer və ionosferdəki dəyişikliklərə vaxtında reaksiya verməyə imkan verəcəyi gözlənilir.
Mənbə: Oxu.az