AZAL - Dünyanın ən yaxşı hava yolu şirkəti

Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır


Bildiyimiz kimi 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə “44 günlük” haqq savaşımız oldu. Döyüşdə şanlı ordumuz qalib gələrək tarixi torpaqlarımız olan Qarabağı və ətraf rayonlarını düşmən tapdağı altından azad etdilər. Xalq-dövlət, xalq-ordu birliyi dünyaya bir daha Azərbaycançılıq məfkurəsini sübut etdi. Bu hadisə ölkəmizin bütün vətənpərvərvər sakinləri, ziyalıları kimi, məni də çox sevindirdi və bu qeydləri yazmağa sövq etdi. Vətənpərvər vətəndaşlarımız orduya dəstək kompaniyasında özlərini bütün var-gücü ilə dəstək oldular, əsgərlərimizin yanında oldular. 

Belə vətənpərvər oğlullarımızdan biri də  “Azərbaycan Hava Yolları” QSC-nin Cahangir Əsgərovdur. Heç bir təqdimata ehtiyacı olmayan vətənpərvər insandan – Cahangir Əsgərovdan danışırıq. Bəli, düzgün düşünürsüz, Cahangir müəllim vətənpərvər insan, həmişə xeyirxah işlər görən, həmişə dəyərləndirib hörmət bəslədiyimiz əsl vətəndaşdır. Mərhəmət və xeyirxahlıq irsdən gələndir. Cahangir müəllim rəhbər vəzifəyə təyin olunadan nəinki müəssisədə işləyən işçilərlə, hətta şəhid ailələrin, Vətən müharibəsi əlillərin və aztəminatlı ailələri problemləri ilə yaxından tanış olub onların həlində birbaşa özü iştirak edir, maddi və mənəvi dəstək olur. Cahangir Əsgərov dövlət başçısı İlham Əliyev cənablarının uğurlu siyasətini dəstəkləyərək, öz işinin öhdəsində peşəkarlıq nümayiş etdirərək dövlət və dövlətçiliyimizə sadiq olan rəhbərlərdən biridir. Həmişədə Şəhid ailələri, Qazilərimizin, kimsəsizlərin yanında olaraq onların qayğısına qalmışdır. Cahangir müəllim dövlətimizi və dövlətçiliyimizin ənənələrini yüksək peşəkarlıqla qoruyaraq öz xeyirxah vətənpərvər və vətəndaşlıq borcunu yerinə yetirməkdədir. Cahangir müəllim demək olar ki, hər yerdədir. Qayğıya ehtiyacı olan uşaqların, Qazilərin, ahılların, gənclərin. Ona hamı hörmətlə yanaşır. Hamının rəğbətini qazanıb, hamı öz dərdini ona rahatlıqla danışa bilir, çünki dinləməyi və dərdə şərik olmağı bacarır. Cahangir müəllim görüb-götürüb, aldığı tərbiyəsində və özünün dünyagörüşündən qapısına pənah aparan heç kimi əliboş qaytarmayıb. Əlindən gələn bütün  köməkliklərini edir. “Azərbaycan Hava Yolları” QSC-nin  Cahangir Əsgərov geniş ictimai fəaliyyəti həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda hər kəsə yaxşı məlumdur. O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, Qarabağ qazilərinə, qaçqın və məcbur köçkün ailələrinə yardım göstərir.  

“Azərbaycan Hava Yolları” QSC-nin Cahangir Əsgərov - İlham Əliyevə və xanım  Mehriban  Əliyevaya müstəqil demokratik Azərbaycanımıza və vətəndaşlarımıza  göstərdiyi xüsusi diqqət  və qayğıya dərin minnətdarlığını bildirir. Gələcəkdə Azərbaycanımızın şəhər və rayonlarında abadlıq və quruculuq işlərinin davamlı olmasını arzulayır.

Bundan başqa, Cahangir Əsgərov respublikada bir çox mühum tədbirlərdə özünün vətəndaşlıq borcunu yerinə yetirərək bir çox layihələrdə bilavasitə iştirak edir. Onun hər bir layihəsi qayğı və sevgi ilə, xeyirxahlıq arzusu ilə əhatə olunub və bu amillər bir çox insanı Cahangir müəllimi və onun ideyaları ətrafında birləşdirir.

Təvazökarlığı, xeyirxahlığı, sadəliyi ilə milyonların rəğbətini qazanan Cahangir Əsgərov qayğıya ehtiyacı olan insanların hamisinə çevrilib. 

“Azərbaycan Hava Yolları” QSC-nin Cahangir Əsgərov redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.


Vüqar Əsədov

Jurnalist

Azərbaycan Hava Yolları (AZAL, АЗАЛ, ”Azerbaijan Airlines”) “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə daxildir, Azərbaycanın nəhəng aviaşirkəti və milli aviadaşıyıcısıdır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. Qərargahı Bakı şəhərində yerləşir.

Aviaşirkətin əsas hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir. "Azərbaycan Hava Yolları" Avropa, MDB, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımaları həyata keçirir. 2014-cü ildə uzaq uçuş məsafəsinə malik olan “Boeing” təyyarələrinin yeni partiyası alındıqdan sonra Şimali Amerika və Cənubi-Şərqi Asiya ölkələrinə daimi marşrutların açılması planlaşdırılır.

Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycanın mülki aviasiyası çətinliklər, nailiyyətlərlə dolu keşməkeşli yol keçərək özünün bugünkü inkişaf mərhələsinə yüksəlmişdir. Milli mülki aviasiyanın yaranma tarixi ilk uçuşların həyata keçirildiyi XX əsrin əvvəllərinə, 1938-ci il iyunun 2-nə təsadüf edir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə 7 aprel 1992-ci ildə milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" Dövlət Konserninin (AZAL) yaradılması ilə aviasiya sənayesinin inkişafı, o cümlədən müasir standartlara tam cavab verməsi istiqamətində böyük işlərə imza atıldı. Azərbaycan aviasiya infrastrukturuna böyük sərmayələr yatırmaqla müasir hava limanları, geniş daxili və beynəlxalq hava marşrutları şəbəkəsi yaratdı.

Aviaşirkətin baza hava limanı, əsas giriş qapısı Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" konsaltinq şirkəti tərəfindən ən yüksək "5 ulduz"la təltif edilib. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarında yüksək səviyyəli xidmətlər təklif etməklə uçuş imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır. Bundan əlavə, ölkənin bu sahədə müxtəlif dövlətlərlə müqavilələri sərnişin və yükdaşımalarının həcmini və trayektoriyasını genişləndirmişdir. Həmçinin müasir hava gəmiləri parkına sahib olan, təhlükəsizliyə və müştəri məmnuniyyətinə böyük önəm verən aviaşirkətin beynəlxalq alyans və tərəfdaşlıqlarda iştirakı "Azərbaycan Hava Yolları"na böyük nüfuz qazandırmışdır.

Strateji mövqedə yerləşməsi ölkəmizin regionda həm də mühüm aviasiya mərkəzi kimi çıxış etməsinə imkan yaradır. Bu baxımdan Azərbaycan regional əməkdaşlığı inkişaf etdirmək, qonşu xalqlarla əlaqələri daha da möhkəmləndirmək, turizm və ticarəti təşviq etməkdə səy göstərir. Tarixi İpək Yolu boyunca hava əlaqələrinin gücləndirilməsinə yönəlmiş "İpək küləyi" layihəsi kimi təşəbbüslər Azərbaycanın regional aviasiya və iqtisadi inteqrasiyada rolunu gücləndirib.

AZAL qabaqcıl naviqasiya sistemlərinin, müasir təyyarələrə texniki qulluq təcrübələrinin və sərnişinlərin rahatlığı üçün rəqəmsal həllərin tətbiqi nəticəsində əməliyyat səmərəliliyini və təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Ötən ildən etibarən Azərbaycanın milli aviadaşıyıcısı Aktau, Daşkənd, Səmərqənd, Ürgənc, Fərqanə, Əmman, Praqa, Sian və digər şəhərlərə uçuşlar həyata keçirməyə başlamış, Rusiya və Türkiyə istiqamətlərində yerinə yetirilən uçuşların tezliyi artırılmışdır. Perspektivdə 36 istiqamətdə həyata keçirilən uçuşların sayının cari ildə 62-yə çatdırılması planlaşdırılır. Artıq bu ilin mart ayından AZAL tərəfindən Almatı, Astana, Volqoqrad, Surqut, Samara, Yekaterinburq və Novosibirsk şəhərlərinə reyslərin həyata keçirilməsinə başlanılıb. Barselona, Vyana və Parisə də uçuşlar reallaşdırılır. AZAL marşrut şəbəkəsini genişləndirməklə uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyir.


Aviasiya əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin əsas prioritetdir. Belə ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) kimi təşkilatlar tərəfindən təhlükəsizlik qaydalarının tətbiqi nəticəsində müəyyən edilmiş beynəlxalq standartlara riayət edilir, davamlı təlim proqramları, ciddi yoxlamalar və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq vasitəsilə Azərbaycan sərnişin daşımalarında həm də yüksək təhlükəsizlik standartlarını qoruyur.

AZAL-ın təhlükəsizliyinin təminatında "Azəraeronaviqasiya" Hava Hərəkətinə Nəzarət İdarəsinin (AZANS) də xüsusi rolu var. Ötən il AZANS "CANSO Global Safety Achievement" nominasiyasında qalib gələrək, dünyada aeronaviqasiya xidmətlərinin Top-5 ən etibarlı təchizatçıları siyahısında yer alıb. Həmçinin, 2022-ci ildə növbəti dəfə IOSA-nın (Beynəlxalq İstismar Təhlükəsizliyinin Audit Proqramı) əməliyyat təhlükəsizliyi auditindən uğurla keçməsi "Azərbaycan Hava Yolları"nın ciddi beynəlxalq mülki aviasiya təhlükəsizliyi tələblərinə cavab verən etibarlı aviaşirkət olduğunun göstəricisidir.

Strateji İnkişaf Planına əsasən Azərbaycan Hava Yolları QSC-nin 2030-cu ilə qədər inkişaf perspektivləri müəyyənləşdirilmişdir. Plana uyğun olaraq köhnə təyyarələrin tədricən istismardan çıxarılması, yeni geniş gövdəli "Boeing 787 Dreamliner" və dar gövdəli "Airbus A320 Neo" sinfi hava gəmilərindən ibarət donanmanın formalaşdırılması nəzərdə tutulur. 2023-cü ilin aprelində AZAL 12 Airbus A320neo ailə təyyarəsinin, o cümlədən A320neo və A321neo laynerlərinin tədarükü ilə bağlı müqavilə imzalamış və 2028-ci ildən etibarən hər il 4 təyyarənin istismara verilməsi planlaşdırılır.

Yanacağa qənaət edən təyyarələrin alınması, karbon qazı ilə mübarizə proqramlarının həyata keçirilməsi və hava limanlarında ekoloji təmiz təcrübələrin tətbiq edilməsi aviasiyanın ətraf mühitə təsiri istiqamətində aparılan əhəmiyyətli işlərin sırasındadır. İnfrastrukturun inkişafına, hava yollarının genişləndirilməsinə və aviasiya sənayenin modernləşdirilməsinə xüsusi önəm verilməsi Azərbaycan mülki aviasiyasının davamlı inkişafını şərtləndirir. Eyni zamanda turizm sektorunun inkişafı və ölkəmizin beynəlxalq tədbirlərə evsahibliyi etməsi milli aviasiya sənayesi üçün yeni imkanlar təqdim edir. Sərnişin daşınması ilə yanaşı, Azərbaycanın mülki aviasiya sektoru hava yükdaşımaları və logistika sahəsində də həlledici rol oynayır. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanı qlobal ticarət şəbəkələrinə birləşdirən mühüm yük qovşağı kimi çıxış edir, müasir yükdaşıma qurğuları və xüsusi yükdaşıma xidmətləri ilə səmərəli nəqliyyatı asanlaşdırır.

Dünya iqtisadiyyatını iflic vəziyyətinə salan COVID-19 pandemiyası aviasiya sahəsinə də ciddi ziyan vurmuş, bu sahədə nəzərəçarpacaq dərəcədə geriləmə müşahidə olunmuşdur. Lakin məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər nəticəsində pandemiyanın fəsadları minimuma endirilmiş, uşuşların sayı demək olar ki, pandemiyadan əvvəlki ilin göstəricələrinə yaxın olmuşdur. Ötən il AZAL tərəfindən 18 mini ölkədaxili reyslər olmaqla 36 min reys yerinə yetirilmişdir ki, bu da ekspertlər tərəfindən yüksək göstərici olaraq qiymətləndirilir. Ümumilikdə 2022-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportuna 36 xarici aviaşirkətin həyata keçirdiyi müntəzəm uçuşlar nəticəsində 2,2 milyon sərnişin daşınmışdır.


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni hava limanlarının tikintisi ölkənin regional əlaqə və iqtisadi inkişaf yolunda mühüm mərhələ təşkil edir. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi istiqamətində genişmiqyaslı işlərə başlayıb. İqtisadiyyatın dinamik inkişafının əsas istiqamətlərindən biri də yeni hava limanlarının tikilməsidir. Bu gün ölkəmizdə fəaliyyət göstərən 8 beynəlxalq hava limanından ikisi işğaldan azad olunmuş ərazilərdə yerləşir. Bu hava limanları gələcəkdə səmərəli nəqliyyat xidmətləri göstərməklə yanaşı, həm də ölkə turizmini və ticarət əlaqələrini də stimullaşdıracaq. Azərbaycan mülki aviasiya sahəsinə sərmayə qoyaraq onun inkişafını təmin etdikcə, yeni yaradılan hava limanları azad edilmiş ərazilərin gələcəyinin formalaşdırılmasına müsbət təsirini göstərəcək.

Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra Füzuli rayonunu yenidən qurmaq əzminin göstəricisidir. Ən müasir avadanlıq və infrastrukturla təchiz edilmiş hava limanı azad edilmiş əraziləri dünyanın bir çox şəhərləri ilə birləşdirən mühüm nəqliyyat qovşağına çevirəcək. Hava limanında çoxsaylı terminallar, böyük təyyarələri qəbul edə bilən uçuş-enmə zolaqları və sərnişinlərin təhlükəsizliyini təmin edən qabaqcıl naviqasiya sistemləri mövcuddur. 

Zəngilanda Beynəlxalq Hava Limanı regional əlaqəni gücləndirmək və ətraf ərazilərdə iqtisadi inkişafı təşviq etmək baxımından böyük əhəmiyyət daşıyır. Geniş uçuş-enmə zolağı tutumu ilə daxili və beynəlxalq uçuşları asanlaşdıracaq, turizmi, ticarəti və investisiya imkanlarını inkişaf etdirəcək hava limanı sosial-iqtisadi inkişaf üçün katalizator rolunu oynayacaq, biznes və sahibkarlara yeni bazarlara asanlıqla çıxış imkanı verəcək.

Eyni zamanda ölkə üzrə 9-cu, işğaldan azad edilmiş ərazilərdə isə 3-cü aeroport - Laçın Beynəlxalq Hava Limanı da tikilməkdədir. Laçın rayonunun füsunkar mənzərələri arasında yerləşən Laçın Beynəlxalq Hava Limanının strateji yerləşməsi təkcə turizmi deyil, həm də yüklərin daşınmasını asanlaşdıracaq, kənd təsərrüfatı və sənayenin inkişafına müsbət təsir göstərəcək. Müasir sərnişin və yükdaşıma imkanları ilə hava limanı Azərbaycan daxilində və qonşu ölkələrlə əlaqəni gücləndirəcək, ticarət və mədəni mübadilələri təşviq edəcəkdir. Hava limanı regionun qlobal aviasiya şəbəkəsinə qoşulmasında mühüm rol oynayacaq və bununla da iqtisadi inkişafı artıracaq.

Bu il Azərbaycan mülki aviasiyasının 85 illiyi qeyd olunur. Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir. Dünyada ən təhlükəsiz hava yollarından biri olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür. AZAL-ın uzun yol qət etmiş dinamik və uğurlu inkişafını, genişmiqyaslı xidmətini təkcə sərnişinlərin rəyləri deyil, həmçinin dünya reytinqləri də təsdiqləyir.


Vüqar Əsədov

Jurnalist