İranın müvəqqəti prezidenti o oldu

iranin-muveqqeti-prezidenti-o-oldu
İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər seçkilərə qədər ölkənin müvəqqəti prezidenti vəzifəsini icra edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İRİB telekanalı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, respublikanın yeni rəhbəri 50 gündən gec olmayaraq seçilməlidir.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin olduğu helikopter mayın 19-u qəzaya düşüb. Nəticədə helikopterdə olan sərnişinlər və heyət üzvləri həlak olub.