İsrailin Belqraddakı səfirliyinə hücum - Mühafizə polisi yaralandı
30-iyn, 11:06 96 DünyaSerbiyanın paytaxtı Belqradda bir nəfər İsrail səfirliyini qoruyan Serbiya Daxili İşlər Nazirliyinin zabitinə hücum edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, hücumçu arbaletlə polisi boyun nahiyəsindən yaralayıb.
Daha sonra cinayətkar hüquq-mühafizə orqanı əməkdaşının cavab atəşi ilə zərərsizləşdirilib.Xəsarət alan zabit Belqrad xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilib və uğurla əməliyyat olunub.