Türkiyədə 4,7 ballıq zəlzələ oldu
22-noy, 13:42 176 DünyaTürkiyədə Erzurumun Köprükoy bölgəsində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
“Qafqazinfo” Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən xəbər verir ki, zəlzələ Erzurum vaxtı ilə 11:31-də olub.
Zəlzələ 6,9 kilometr dərinlikdə baş verib. İlkin məlumatlara görə, xəsarət alan və dağıntılar olmayıb.