Tailandın ən gənc Baş naziri seçildi
16-avq, 11:58 39 DünyaTailandın keçmiş lideri Taksin Çinavatın qızı Petonqtarn Çinavat parlament seçkilərində qalib gələrək ölkənin yeni Baş naziri seçilib.
“Qafqazinfo” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, 37 yaşlı Çinavat Tailand tarixində ən gənc baş nazir olub.
Məlumata görə, 500 nəfərdən ibarət Nümayəndələr Palatasında keçirilən seçki zamanı 251 səs toplayıb.
Qeyd edək ki, avqustun 14-də Tailandın Konstitusiya Məhkəməsi Srettha Thavisini Baş nazir postundan uzaqlaşdırıb. O, etik normaları pozmaq işi ilə əlaqədar olaraq vəzifəsindən kənarlaşdırılıb.