Rusiya Ukraynanı raketlərlə atəşə tutdu - Yenilənib

Bu gün səhər saatlarında Rusiya ordusu qanadlı raket və pilotsuz uçuş aparatları ilə Ukraynanı atəşə tutub.
“Qafqazinfo” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bütün ölkə ərazisində hava hücumu ilə bağlı xəbərdarlıq edilib. 
Paytaxt Kiyevin həm sağ, həm də sol sahilində partlayış səsləri eşidilib.
Şahidlərin TASS-a verdiyi məlumata görə, Kiyevin Julyanı aeroportu yaxınlığında iki güclü partlayış olub. Bildirilib ki, partlayışdan sonra evlərdə bir neçə saniyəlik elektrik enerjisi kəsilib.
Bununla yanaşı, Odessa, Xarkov, Dnepropetrovsk, Krivoy Roq, Sumı, Vinnitsa və Lvovda da partlayışlar qeydə alınıb.
***
Şahidlərin sözlərinə görə, Julyanı aeroportu yaxınlığında daha 3 partlayış baş verib.