“Kreml Durovla danışıqlar aparmayıb”

“Kreml teleqramın həmtəsisçisi Pavel Durovla heç bir danışıqlar aparmayıb”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 
Peskov Rusiya mediasında Durovun 2014-cü ildən sonra ölkəyə tez-tez səfər etməsi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib. 
O, bununla yanaşı Kreml və Durov arasında hər hansı razılaşmanın olmadığını da vurğulayıb.