İsrail İrana cavab hücumu edə bilər

“İsrail HƏMAS-ın hücumunun ildönümü ərəfəsində İrana cavab zərbəsi endirməyə hazırlaşır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Xatırladaq ki, bir neçə gün öncə İrandan İsrailə yüzlərlə raket atılmışdı. Bir qədər əvvəl isə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari bildirib ki, cavab hücumu labüddür:
“İsrailin siyasi rəhbərliyinin göstərişlərinə uyğun olaraq İranın bu cinayətkar hücumuna nə vaxt və necə cavab verəcəyimiz bəlli olacaq”, - deyə o bildirib.