“Batıgöz” Azərbaycan klinikasının təsisçisi İqbal Heydərov işinin peşəkarı və Azərbaycan səhiyyəsində yenilikləri ilə seçilən rəhbərlərdəndir
30-iyl, 17:58 60 Gündəm / Səhiyyəİqbal Heydərov, "Batıgöz" Azərbaycan klinikasının təsisçisi, Azərbaycan səhiyyə sektorunda önəmli şəxsiyyətlərdən biridir. O, həm peşəkar tibbi xidmətlərin inkişafında, həm də yeni texnologiyaların tətbiqində mühüm rol oynayıb. Bu məqalədə İqbal Heydərovun peşəkarlığı, onun rəhbərliyi altında "Batıgöz" klinikasının fəaliyyəti və Azərbaycan səhiyyəsinə gətirdiyi yeniliklər haqqında geniş məlumat verəcəyik.
İqbal Heydərov uzun illərdir ki, tibb sahəsində fəaliyyət göstərir və bu sahədə böyük təcrübəyə malikdir. O, tibbi təhsilini qabaqcıl universitetlərdə almış və müxtəlif ölkələrdə praktik təcrübə keçmişdir. Bu təcrübələr ona Azərbaycan səhiyyəsinə yeni yanaşmalar və müasir texnologiyalar gətirməyə imkan verib.
İqbal Heydərov, "Batıgöz" klinikasının təsisçisi olaraq, səhiyyə xidmətlərinin yüksək standartlarda olmasını təmin etmək üçün daim çalışır. Onun rəhbərliyi altında klinika, keyfiyyətli tibbi xidmətlər göstərmək və xəstələrin məmnunluğunu təmin etmək üçün müasir avadanlıqlar və texnologiyalarla təchiz olunmuşdur.
"Batıgöz" Azərbaycan klinikası, İqbal Heydərovun rəhbərliyi altında, müasir tibbi xidmətlərin göstərilməsi ilə məşğuldur. Klinikada müxtəlif tibbi sahələr üzrə ixtisaslaşmış həkimlər çalışır və müasir avadanlıqlar istifadə olunur. Klinikada oftalmologiya, kardiologiya, nevrologiya və digər sahələr üzrə yüksək keyfiyyətli tibbi xidmətlər göstərilir.
"Batıgöz" klinikası, həmçinin tibbi təhsil və tədqiqat sahəsində də fəaldır. Klinikada çalışan həkimlər mütəmadi olaraq beynəlxalq konfrans və seminarlarda iştirak edir, elmi tədqiqatlar aparır və yeni tibbi texnologiyaları tətbiq edir. Bu, klinikanın müasir tibb sahəsində qabaqcıl mövqeyini qoruyub saxlamasına kömək edir.
İqbal Heydərov, Azərbaycan səhiyyəsində bir sıra yeniliklərə imza atıb. O, ölkəmizə müasir tibbi texnologiyaları və innovativ müalicə metodlarını gətirməklə, xəstələrin daha effektiv və təhlükəsiz müalicə olunmasını təmin edib. Məsələn, "Batıgöz" klinikasında lazer texnologiyaları, endoskopik cərrahiyyə və digər qabaqcıl müalicə metodları geniş tətbiq olunur.
Bundan başqa, İqbal Heydərovun rəhbərliyi altında klinikada tibbi turizm sahəsi də inkişaf etdirilib. Bu, həm Azərbaycan vətəndaşları, həm də xarici vətəndaşlar üçün yüksək keyfiyyətli tibbi xidmətlərdən yararlanmaq imkanı yaradır.
İqbal Heydərov və onun rəhbərlik etdiyi "Batıgöz" Azərbaycan klinikası, Azərbaycan səhiyyəsinin inkişafına böyük töhfələr verir. Onun peşəkarlığı və innovativ yanaşmaları sayəsində klinika, müasir tibbi xidmətlərin göstərilməsi sahəsində ölkədə lider mövqeyə malikdir. İqbal Heydərovun Azərbaycan səhiyyəsinə gətirdiyi yeniliklər və klinikanın fəaliyyəti, gələcəkdə də ölkəmizin səhiyyə sektorunun inkişafına mühüm təsir göstərəcək.
"Batıgöz" klinikası haqqında...
ReLEx SMILE Lazer
1990-cı illərdən bəri görmə pozğunluqlarında istifadə olunan və 2000-ci illərdən sonra bıçaqsız həyata keçirilən lazer texnologiyası metodunda əldə edilən son nöqtə olan ReLEx SMILE, Batıgöz təcrübəsi və keyfiyyəti ilə tətbiq olunur.
Smile lazer ən yeni, 3-cü nəsil lazer refraksiya əməliyyatıdır. LASIK-də lazer tətbiq etmək üçün böyük bir kəsik tələb olunsa da, SMILE-də bu kəsik 2 mm-ə endirilir.
Bıçaqsız, lazer müalicələrində inqilabi olan və xüsusilə yüksək miyopiyada çox yaxşı nəticələr verən ReLEx SMILE müalicəsi tək lazerlə və bıçaqsız həyata keçirilir. Femto LASIK metoduna nisbətən daha kiçik bir kəsiklə disk çıxarılması (lentikül) şəklində həyata keçirilir. Bunun sayəsində yüksək nömrəli xəstənin təhlükəsiz müalicə, daha az batma, yanma, daha sürətli sağalma və daha az quru göz problemi kimi üstünlükləri vardır.
Smile lazer cərrahiyyəsi, Carl Zeiss Meditec'in patentləşdirilmiş texnologiyası olan və FDA tərəfindən təsdiqlənmiş VisuMax femtosaniyəli lazerdən istifadə edilir. SMILE prosesində cərrah femtosaniyəli lazerdən istifadə edərək buynuz qişada lens şəklində kiçik bir toxuma (lentikül) yaradır. Daha sonra eyni lazerlə kornea səthində kiçik bir yay şəklində kəsik edilir və cərrah lentikülü bu kəsikdən çıxarır. Kiçik lentikul çıxarıldıqda miyopi düzəldilir və kornea şəkli dəyişdirilir. Kornea kəsiyi tikişsiz bir neçə gündə sağalır və kəskin görmə çox tez baş verir.
ReLEx Smile Lazer namizədləri kimlərdi?
Aktiv bir həyat tərziniz və ya işiniz varsa, SMİLE sizin üçün LASIK və ya oxşar prosedurlardan daha yaxşı bir seçim ola bilər. Kifayət qədər aktivsinizsə, səhvən kornea qapağını yerindən çıxarmaqla problem yarada bilərsiniz. SMILE, LASIK kimi bir qapağın kornea içərisində kəsilməsini əhatə etmədiyi üçün, qapaq yaradıldıqdan sonra yarana biləcək fəsadlar da istisna edilir.
Bu səbəbdən ReLex SMILE Laser metodu aktiv həyat tərzi olan insanlar və peşəkar idmançılar üçün ən uyğun əməliyyat üsulu olaraq ortaya çıxır.
ReLEx Smile Lazer kimlərə tətbiq oluna bilər?
8 yaş və ya daha böyük olmalısınız.
Son bir ildə göz nömrələriniz dəyişməməlidir.
Miyopiniz -1.00 ilə -10.00 dərəcə arasında, astiqmatizminiz - 5.00 dərəcədən böyük olmamalıdır.
Göz və kornea sağlamlığınızın ümumi vəziyyəti uyğun olmalıdır.
ReLEx SMILE'in sizin üçün edə biləcəyi və ya edə bilməyəcəyi ilə bağlı real gözləntiləriniz olmalıdır.
ReLEx Smile Lazer kimlərə tətbiq olunmur?
Nömrələri dəyişən xəstələr.
Hiperopiya xəstələri (SMILE ilə hiperopiya müalicəsi işləri davam edir; gələcəkdə hiperopiya xəstələrinə tətbiq oluna biləcəyi düşünülür.)
18 yaşdan kiçiklər.
Dəri və ya yaxşılaşmaya təsir edə biləcək digər xəstəliklərin olması.
Həddindən artıq çapıq və ya keloid əmələ gəlməsi.
Kornea degenerasiyası və ya xəstəliyi olanlar.
İnkişaf etmiş qlaukoma xəstəliyi olanlar.
Görmə qabiliyyətinə təsir edən katarakt xəstəliyi olanlar.
Nəzarətsiz diabet.
Bəzi göz infeksiyaları tarixi olanlar.
Hamilə və ya ana südü verənlər.
ReLEx Smile Lazer zamanı yaşayacaqlarınız
Əməliyyatdan əvvəl çox detallı göz müayinəsi nəticəsində göz quruluşunuzun SMİLE əməliyyatına uyğun olub olmadığı qiymətləndirilməlidir. Əməliyyat zamanı təxminən 27 saniyə çəkən bir lazer proseduru var. Gözlərinizi gəzdirməyinizə mane olan vakum üzüyü qoyduqdan sonra lazer tətbiq olunur və həkiminiz buynuz qişada yaranan hissəni cəmi 2 mm olan bir kəsiklə çıxarır. Əməliyyatdan sonra qalan gündə istirahət etməyiniz məsləhətdir.
Gün boyu davam edəcək sulanma, işıqlarda parıltı və gözlərdəki həssaslıq tamamilə normaldır və istifadə edilən damcılarla azalır.
ReLEx Smile Lazer-in faydaları nələrdir?
Kornea qapağı yaratmaq üçün böyük bir kəsik edilmədiyindən, qapaq toxuması ilə əlaqəli komplikasiyalar gözlənilmir. Əməliyyatdan dərhal sonra qapağın qatlanması və uyğun gəlməməsi kimi komplikasiyalar gözlənilmir. Uzunmüddətli perspektivdə gözdə yaralanan hər hansı bir travmada qapaq yerindən çıxma riski aradan qaldırılır. Daha az kornea kəsikləri meydana gəldiyindən, kəsilən sinirlərin sayı daha az olur və hissiyyat itkisi səbəbiylə göz quruluğu minimum səviyyələrə endirilir. Strukturlaşdırılmış prosedur nəticəsində xəstə görmə rahatlığını bərpa edir.
SMILE yüksək görmə qüsurlarında istifadə oluna bildiyindən (miyopiyada 10 dərəcəyə qədər, astiqmatizmdə 5 dərəcə) yüksək görmə keyfiyyəti təmin edir. Bu dərəcələrin üstündəki xəstələr üçün xəstələrin məmnuniyyəti təmin ediləcək, çünki prosedurdan sonra dərəcə yenidən azalacaq.
Retinitis Pigmentosa - Gecə Korluğu
Xalq arasında toyuq korluğu olaraq da bilinən gecə korluğu retina xəstəliyidir. Retina, göz kürəsinin arxa divarını örtən, görmə hüceyrələrindən ibarət ağ təbəqədir. Gecə korluğu, retinadakı toxuma hüceyrələrinin ışığı qəbul edən təbəqəsinin genetik mutasiyalar səbəbilə zərər görməsi nəticəsində inkişaf edən bir xəstəlikdir. Başlanğıcda yalnız gecə görmə itkisinə yol açsa da, irəliləyən yaşlarda gündüz görmə itkisinə də səbəb ola bilir. Görünmə sıxlığı 1/3000 ilə 1/4000 olaraq bilinir.
Gecə korluğunun səbəbi nədir?
Gecə korluğu və ya xalq arasında bilinən toyuq korluğu, retinada hüceyrələrin zədələnməsindən qaynaqlanır. Xəstəlik ümumiyyətlə genetik səbəblərdən baş verir. Bundan əlavə, qohum nigahları iki resessiv genin bir araya gəlməsi ehtimalını artırdığı üçün toyuq korluğu (gecə korluğu) xəstəliyini inkişaf etdirmə riskini də artırır.
Gecə korluğunun əlamətləri nələrdir?
• Zəif işıqda (gecə) görmə çətinliyi (niktalopi), sonrakı mərhələlərdə gün işığında görməkdə çətinlik
• Görmə sahəsinin daralması
• Spesifik göz dibi simptomları (sümük spekulaları, retinal arteriolların zəifləməsi, optik disk solğunluğu)
• Retinada fotoreseptor hüceyrə disfunksiyasını göstərən elektroretinogram tapıntıları
• Gecə korluğu (toyuq korluğu) xəstəliyi katarakt, görmə mərkəzində şişlik, miopiya-astiqmatizm kimi refraktiv qüsurlar, keratokonus və qlaukoma kimi göz xəstəlikləri ilə müşayiət oluna bilər.
Gecə korluğu necə müalicə edilir?
• Xəstəliyin gedişatı, xəstədən xəstəyə, hətta eyni ailənin üzvləri arasında belə fərqlənir.
• Gecə korluğunun qəbul edilmiş qəti müalicəsi ilə bağlı tətqiqatlar hələ də davam edir.
• Müalicə protokolunun əsas məqsədi xəstəliyin inkişafını yavaşlatmaq və xəstələrin sosial həyata uyğunlaşmasını artırmaqdır.
• Gündə A vitamini qəbulunun, xəstəliyin gedişatını əhəmiyyətli dərəcədə yavaşlatdığı sübut edilmişdir.
• Karotenoidlər Lutein və β-karotenoid gecə korluğunun inkişafını ləngitməyə məhdud təsir göstərə bilir.
Gen terapiyası
Fotoreseptorların tamamilə öldüyü daha irəli mərhələlərdə, gen terapiyasının heç bir mənası olmur. Bu prosedur erkən mərhələdə aşkar edildikdə daha təsirli olur.
2017-ci ildə ABŞ Qida və Dərman İdarəsi (FDA) nadir irsi korluğun müalicəsində istifadə olunan gen terapiyası olan voretigene neparvovec ‐ rzyl (Luxturna)-ni təsdiqlədi. Media tərəfindən terapevtik bir müalicə olaraq xarakterizə olunmasına baxmayaraq, çox bahalı bir müalicədir. Hər iki xromosomda RPE65 geni mutasiyalı olan xəstələr üçün istifadə edilə bilər. Luxturna, hər gözün arxasında, retinanın altında tək bir inyeksiya şəklində verilir. Bu müalicəni alan xəstələrin gecə görmə, gəzinti və maneələrə uyğunlaşmasının artdığı müşahidə edilmişdir.
Kök hüceyrə müalicəsi
Tədqiqatçılar, köçürülmüş kök hüceyrələrin retina hüceyrələrini fərqliləşdirə,xəstələrin retinasına inteqrasiya edə və fərqli kök hüceyrələrin apoptotik və ya zədələnmiş retina hüceyrələrini əvəz edə biləcəyi qənaətindədirlər.
Böyümə faktoru inyeksiyaları
Bu şəkildə proqramlaşdırılmış hüceyrə ölümü, manipulyasiya edilə bilər və sağlam retina hüceyrələrinin ömrü uzadıla bilər. Bu mövzuda aparılan tətqiqatlar, gecə korluğunda görmə proqnozu ilə əlaqədar müsbət nəticələr vermişdir. Klinikamızda, çox sayda böyümə faktoru ehtiva edən, insanın öz qanından hazırlanan subtenon PRP tətbiqi ,tərəfimizdən həyata keçirilir, görmə səviyyəsi və proqnozu üzərində müsbət nəticələri tədqiqatlarla göstərilmişdir.
Ocuvısıon
Aşağı dozalı elektrik impulsları retina hüceyrələrinə göndərilir və nəticədə bu impulslar retina hüceyrələrindən neyron qoruyucu böyümə faktorlarının sərbəst buraxılması prosesini artırır. Bu faktorlar sayəsində retinadakı hüceyrələr qorunur və xəstədə görmə itkisi dayandırılır. Bu tətbiq həftədə bir dəfə həyata keçirilməlidir.
Qoruyucu eynəklər
Mavi işıq spektrinin əngəllənməsi, işığa qarşı olan narahatlığı azaltmaq və kontrast həssaslığını artırmaq üçün tövsiyə olunmasına baxmayaraq, xəstəliyin gedişatında heç bir təsirinə rastlanmamışdır.
Komplikasiyaların müalicəsi
Katarakt və görmə mərkəzindəki şişin eyni vaxtda müalicəsi görmə keyfiyyətini və səviyyəsini artırır.
Hiperbarik oksigen müalicəsi
Görmə kəskinliyi, görmə sahəsi və görmə funksiyalarının sabitləşməsinə kömək edir.
Qidalanma və sağlam həyat tərzi üçün tövsiyələr
Günəşdən qorunmaq, Aralıq dənizi pəhrizi, hər gün 30 dəqiqə açıq havada gəzmək, siqaretdən qətiyyən istifadə etməmək, spirtli içkilərdən uzaq durmaq.
Retina protezləri
Xəstəliyin çox irəliləmiş, görmənin çox azaldığı mərhələlərdə tətbiq olunur. Süni cihazlar vasitəsilə qalan retina neyronlarındakı işığı elektrik impulslarına çevirərək, sinir aktivliyini ortaya çıxarmaq məqsədilə, gözün müxtəlif təbəqələrinə əməliyyatla yerləşdirilən cihazlar vasitəsilə siluet görməni təmin etmək mümkündür.
Astiqmatizm Nədir?
Gözümüzün ön səthində kornea adlanan şəffaf bir təbəqə var. Kornea səthində yaranan pozğunluqlar astiqmatizmə, bu isə işığın refraksiyasına səbəb olur, bunun nəticəsində də cismlərin görünüşü bulanıqlaşır.
Bir çox insanda astiqmatizmə rast gəlinir və belə halda heç bir müalicəyə ehtiyac olmur. Astiqmatizm tez-tez miopiya və hiperopiya kimi refraktiv qüsurlarla birlikdə ortaya çıxır. Hər yaşda rastlana bilər.
Astiqmatizmin səbəbi
Astiqmatizm irsi ola bilər, korneanın tədricən incəldiyi keratokonus xəstəliyindən qaynaqlana və ya sonradan keçirilən qəza, ya da travma (əməliyyat, yaralanma) nəticəsində də formalaşa bilər. Gənc yaşda yüksək dərəcəli astiqmatizminiz varsa, keratokonusunuz araşdırılmalıdır. Bunun üçün kornea topoqrafiyasını ala biləcəyiniz bir mərkəzdə müayinədən keçməyiniz çox vacibdir.
Astiqmatizmin simptomları
- Bulanıq və zəif görmə
- Baş ağrısı
- Gecə görmə keyfiyyətinin zəifləməsi
Astiqmatizmin dərəcələri
Astiqmatizm refraktiv qüsur olduğundan, xəstənin yazıları və şəkilləri aydın şəkildə görməsini çətinləşdirir. Gözündə refraktiv qüsur olan bir çox xəstədə astiqmatizm sonradan inkişaf edə bilər. Miyopiya və hipermetropiya kimi xəstəliklərlə birlikdə müşahidə edilə bilər. Bu səbəbdən mütəmadi olaraq, göz müayinəsi etdirmək çox vacibdir.
Astiqmatizmlə əlaqədar olaraq eynək taxmasına da eytiyac yarana bilər. Burada vacib olan məqam astiqmatizm dərəcəsidir. Məsələn, dərəcəsi çox aşağı olan xəstənin eynək taxmasına ehtiyac olmaya bilər. Ancaq yaş artdıqca, astiqmatizm dərəcələri də sürətlə artır. Gənc xəstələrdə əməliyyatla astiqmatizm aradan qaldırıla bilər, yaşlılarda isə əksinədir.
0.50-1.00 arasındakı astiqmatizm dərəcələri
Bu insanların eynək taxmasına ehtiyac yoxdur, lakin gələcəkdə baş verə biləcək hər hansı bir irəliləyiş üçün mütəmadi göz müayinəsi vacibdir.
1,00-4,00 arasındakı astiqmatizm dərəcələri
Bu dərəcəyə malik insanların digər refraktiv qüsrları da mövcuddur. Miyopiya və ya hipermetropiya əlamətləri də olduğu üçün eynək taxılması tələb olunur. Bu xəstələrin müntəzəm olaraq göz müayinəsi etdirməsi çox vacibdir.
4,00 və daha yüksək göz dərəcələri
Bu insanlar mütləq göz müayinəsinə daha ciddi yanaşmalıdırlar, əks təqdirdə bu, digər göz problemlərinə də səbəb ola bilər. Eynək istifadə edərkən daha da diqqətli olmaq çox vacibdir, çünki diqqət edilmədiyi təqdirdə astiqmatizm dərəcələri sürətlə inkişaf edə bilər.
Astiqmatizm Testi
İnternetdə görmə qabiliyyətinizi sadə bir şəkildə ölçməyinizə şərait yaradan bir sıra testlər mövcuddur, ancaq bu qədər geniş yayılmış və sürətlə irəliləyən bir xəstəliyin diaqnozunun qoyulması və müalicəyə ən qısa müddətdə başlamaq üçün mütəxəssis həkim müayinəsi tövsiyə olunur. Diaqnoz zamanı, zəruri hallarda, optik sinir və retinanın yaxından müayinəsi zamanı göz bəbəkləri göz damlaları ilə genişləndirilərək müayinə olunur.
Astiqmatizmin dərəcəsi azalır mı?
Mütəxəssis həkim tərəfindən astiqmatizm növünə və xəstənin yaşına uyğun olaraq, müalicə üsulu tövsiyə olunur, ilk etapta reseptli eynək və ya linzaların istifadəsi məsləhət görülür.
Astiqmatizmin müalicəsi
Günümüzdə astiqmatizm, müalicəsi olan görmə qüsurudur və yeganə müalicə metodu lazer əməliyyatıdır. Yetkinlik yaşındasınızsa, hamiləlik və ya əmzirmə periodunda deyilsinizsə, diabet ya da revmatizm xəstəliyiniz, keratokonus və göz təzyiqi problemleriniz yoxdursa, göz dərəcələrinizdə artım müşahidə olunmursa, lazer müalicəsi ilə astiqmatizm dərəcənizi azalda və ya tamamilə bu problemi ortadan qaldıra bilərsiniz.
Astiqmatizm əməliyyatı
LAZER- miyopiya, hipermetropiya və aşağı dərəcəli astiqmatizmin müalicəsində istifadə edilən və refraktiv cərrahiyyədə bütün dünyada tətbiq olunan ən geniş yayılmış üsuldur.
Lazer əməliyyatının bir neçə növü var:
Birincisi, Lasik adlandırılan, qapaqcıq (flap) yaradaraq həyata keçirilən əməliyyatlardır. Bu əməliyyatlarda toxumaya çatmaq üçün kornea üzərində bıçaqlı və ya bıçaqsız lazerlə qapaqcıq yaradılır, toxumaya çatıb proseduru həyata keçirdikdən sonra bu qapaqcıq örtülür. Bu prosedurdan sonra xəstə daha yaxşı görməyə başlayır. Ağrı, yanma və batma kimi şikayətlər ya olmur, ya da qısa müddətli olur.
Digər növ PRK Lasek tipli səthi əməliyyatlardır. Bu tip cərrahiyyə əməliyyatında korneada heç bir kəsik edilmir. Yalnız buynuz qişanın üst hissəsindəki epiteliya toxuması soyulur və lazer birbaşa xəstənin korneasına tətbiq olunur. Kornea səthini qorumaq üçün əməliyyatdan sonra 2-3 gün ərzində kontakt linzalar taxılmalıdır. Bu prosedurdan sonra aydın bir görmə səviyyəsinə çatmaq 3-4 həftə çəkə bilər. Lazerdən sonra 3-4 gün ərzində ağrı, batma, sulanma və bulanıq görmə kimi hallar müşahidə oluna bilər.
SMILE lazer isə ən yeni, 3-cü nəsil refraktiv lazer əməliyyatıdır. Lasikdə lazer tətbiq etmək üçün böyük bir kəsik tələb olunsa da, SMILE-də bu kəsik 2 mm-ə endirilir. SMILE prosedurunda cərrah, femtosaniyəli lazerdən istifadə edərək korneada linza şəklində kiçik bir toxuma (lentikul) yaradır. Daha sonra eyni lazerlə kornea səthində kiçik kəsik açılır və cərrah lentikulu bu kəsikdən çıxarır. Kiçik lentikul çıxarıldıqda miyopiya düzəldilərək kornea şəkli dəyişdirilir. Kornea kəsiyi tikişsiz bir neçə gündə sağalır və kəskin görmə çox tez bir zamanda bərpa olunur. Bu səbəblə sağalma prosesi sürətli baş verir və quru göz, ağrı, batma kimi problemlər olmur, eyni zamanda bu prosedurlara uyğun olmayan xəstələrə No-Touch Lazer müalicəsi tətbiq edilə bilər.
No-touch Lazer (TransPRK) tətbiqi
Refraktiv qüsuru aradan qaldırmaq üçün istifadə olunan üsullardan biridir. İlk nəsil lazer əməliyyatı olsa da, məhdud hallarda etibarlı şəkildə tətbiq oluna bilər. Adından da göründüyü kimi, gözə təmas olunmadan edilən lazer müalicəsidir. Xüsusilə təmasdan narahat olan xəstələr üçün rahat bir üsuldur. Üstünlüklərindən biri də nazik buynuz qişalı xəstələrə tətbiq oluna bilməsidir.
Eynək istifadə edilməzsə astiqmatizm artar mı?
Bəzi xüsusi hallar istisna olmaqla, astiqmatizm ümumiyyətlə inkişaf etmir.

Bulanıq və zəif görmə
Baş ağrısı
Gecə görmə keyfiyyətinin zəifləməsi

Hazırladı: Vüqar Əsədov
Araşdırmaçı - jurnalist