Netanyahu Makronun İsraillə bağlı bəyanatını biabırçılıq adlandırdı
06-okt, 13:16 20 Dünyaİsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronun Qəzzadakı münaqişənin həlli üçün İsrailə silah tədarükünü dayandırmağa çağıran bəyanatlarına sərt cavab verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu Fransa liderinin sözlərini biabırçılıq adlandırıb və ölkəsinin Qərbin köməyi olmadan belə bütün rəqiblərini məğlub edəcəyini bildirib.
“İsrail İranın başçılıq etdiyi vəhşi qüvvələrlə mübarizə apararkən, bütün sivil ölkələr İsrailin yanında möhkəm dayanmalıdırlar. Bununla belə, prezident Makron və bəzi digər Qərb liderləri indi İsrailə silah embarqosu tətbiq etməyə çağırırlar. Onlara ayıb olsun”, - deyə Baş nazir əlavə edib.