“İsrailə silah verməyə davam edəcəyik”
11-okt, 08:24 22 Dünya“Almaniya tezliklə İsrailə silah tədarükünü artıracaq”.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.
O bildirib ki, tədarükün əhəmiyyətli dərəcədə azalması müxalifətin Berlinin bunu qəsdən gecikdirməsi ilə bağlı ittihamlarına səbəb olub:
“Biz silah tədarük etməmək barədə qərar qəbul etməmişik. Silah tədarük etmişik və buna davam edəcəyik”.
Nəşrin məlumatına görə, 2023-cü ildə Almaniya İsrailə 326,5 milyon avro dəyərində silah ixracına icazə verib. Bu da 2022-ci illə müqayisədə 10 dəfə çoxdur.
Qeyd edək ki, Almaniyanın mühafizəkar müxalifət lideri olan Merz hökuməti İsrailə silah və döyüş sursatı ixracını gecikdirməkdə günahlandırıb.