“Yaxın Şərqdəki müharibə Türkiyəyə yaxınlaşır” - Ərdoğan

“Yaxın Şərqdəki müharibə Türkiyəyə yaxınlaşır”.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bununla bağlı bir risk var: “Biz bütün tədbirləri görürük”.
Türkiyə lideri bildirib ki, müharibə yaxın zamanda dayanmayacağı təqdirdə daha da genişlənə bilər.