“İran İsraildəki bütün hədəfləri müəyyənləşdirib”
21-okt, 08:59 25 Dünya“İran İsrailin hücumu zamanı cavab hədəflərini müəyyən edib”.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O qeyd edib ki, ölkəyə qarşı istənilən hücum “qırmızı xətti” keçmək kimi qiymətləndiriləcək:
“İranın nüvə obyektlərinə hər hansı bir hücum lazımi cavabla qarşılanacaq. Tehran İsraildəki bütün hədəfləri müəyyənləşdirib və analoji zərbə onlara da vurulacaq”.
Nazir həmçinin deyib ki, ABŞ-nin dəstəyi olmasa, İsrail Livan və Qəzza zolağında hərbi əməliyyatlar keçirə bilməz.