“Ümid edirəm, Tramp bu barədə fikrini dəyişəcək” - Bayden

ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların yeni seçilmiş lideri Donald Trampın Kanada və Meksikadan idxal olunan bütün mallara rüsum tətbiq etmək planlarını həyata keçirməyəcəyinə ümid etdiyini bildirib.
“Qafqazinfo” bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Ümid edirəm, o, fikrini dəyişəcək. Düşünürəm ki, bu, qeyri-məhsuldar tədbirdir”, - Bayden deyib.
"Biz Sakit Okean, Atlantik Okeanı və iki müttəfiqimiz, Meksika və Kanada ilə əhatə olunmuşuq. Etməli olduğumuz son şey bu münasibətləri korlamağa başlamaqdır", - o əlavə edib.
Qeyd edək ki, Tramp “Truth Social” sosial şəbəkəsində rəsmi səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk gündən ABŞ-yə Kanada və Meksikadan daxil olan bütün mallara 25 % rüsum tətbiq etmək niyyətində olduğunu bildirib. O həmçinin Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcək. Onun sözlərinə görə, bu tədbirlər ABŞ-yə qaçaqmalçılıq yolu ilə narkotik daşıyan və Birləşmiş Ştatlarda cinayətkarlıq səviyyəsini artıran minlərlə insanın axını ilə bağlıdır.