Milorad Dodik xəstəxanaya yerləşdirildi
09-dek, 09:45 7 DünyaBosniya və Herseqovina əyalətinin bir hissəsi olan Serb Respublikasının Prezidenti Milorad Dodik xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bosniya serblərinin liderinin ofisi məlumat yayıb.
“Milorad Dodik bu gün günortadan sonra, dekabrın 8-də Belqradda kəskin ağrıları ilə bağlı müayinə olunub, sonra xəstəxanaya yerləşdirilib”, - məlumatda deyilir.
Onun qida borusu və mədəsindən əməliyyat olunacağı bildirilir.