Petrosyan: "Qarabağ məsələsi bitib, Rusiya heç vaxt Azərbaycanı oradan çıxara bilməz"

Petrosyan: "Qarabağ məsələsi bitib, Rusiya heç vaxt Azərbaycanı oradan çıxara bilməz"


"90-cı illərdə kompramisə getməməyimizin ucbatından belə ağlamalı vəziyyətə düşdük. Bunda bizim akademiklər, intiligensiya da günahkardır. Axmaqlıq idi ki, düşünəsən, bu torpaqları həmişə əldə saxlamaq olacaq. Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və bu, o deməkdir ki, məsələ bitib".

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan deyib.

O çıxışı zamanı söyləyib ki, Azərbaycan Qarabağ münaqişəsində 30 il səbir etdi, həlledici müharibəyə uzun zaman hazırlaşdı və qüvvələr nisbətini dəyişdi: "Ermənilərin bu reallığı hələ də dərk etmir. Köçəryanın Şuşanı və Hadrutu geri almaq barədə bəyanatı təhlükəlidir. Başa düşmək lazımdır ki, bu, hansı problemlərə gətirib çıxara bilər. Köçəryan doğrudanmı düşünür ki, Azərbaycan oradan çıxacaq?"

Sabiq prezident qeyd edib ki, Köçəryan yeni müharibə başlada bilər və bu erməni xalqı üçün yeni itkilərə səbəb olar: "Heç bir qüvvə Azərbaycanı oradan çıxmağa vadar edə bilməz. Sizcə, bunu Rusiya edəcək? Heç vaxt. Bütün dünya bizə deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıyla razılaşmaq lazımdır. Bizdən artıq heç nə asılı deyil. Hər şey qurtarıb. Əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir".