Paşinyandan ABŞ-də Cənubi Qafqazda sülhə dair açıqlama
04-fev, 10:45 16 Dünya
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Vaşinqtonda “Save Armenia” təşkilatının üzvləri ilə görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Əgər məndən ABŞ nöqteyi-nəzərindən Ermənistanın dəstəklənməsinə dair hansı vasitənin daha effektiv olduğunu soruşsanız, deyərdim ki, Cənubi Qafqazda sülhə nail olunması gündəliyinin ABŞ-nin siyasi elitasının prioritetlər siyahısına daxil edilməsi çox vacib olardı”, - deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, N.Paşinyan fevralın 3-dən 7-dək Vaşinqtonda işgüzar səfərdədir.