İsrail HƏMAS-a müvəqqəti atəşkəs təklif edib
15-apr, 10:05 19 Dünya
İsrail Misir vasitəsilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında atəşi müvəqqəti dayandırmaq və davamlı atəşkəsə nail olmaq üçün danışıqlara başlamaq təklifini çatdırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Qahirə İsrailin təşəbbüsü ilə bağlı HƏMAS-ı artıq məlumatlandırıb və yaxın vaxtlarda onların cavabını gözləyir.
HƏMAS hələlik bu məlumatı şərh etməyib.
Təhsil - Səhiyyə
daha çoxprev
next